Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Qocalar

Saçlarındakı hər ağ tük, üzlərindəki hər qırış, gözlərindəki kədər yaşadıqlarını danışır

Adı yadımda deyil, amma bir nəfər yazıçımı, siyasətçimi, bir neçə il əvvəl danışdıqlarını özü təkzib eləyəndə bunu ona irad tutmuşdular. Cavabına həmin zati-möhtərəm demişdi:
- Mən bu neçə ili eyni fikirdə qalmaq üçün yaşamamışam…
Bəzi bəşəri dəyərləri, prinsipləri çıxmaq şərti ilə insanın qənaətlərini, fikirlərini dəyişməyi dünyanın ən sıradan bir işi imiş.

Yaş ötür, bir az bilgisizlikdən, bir az cavanlıq çılğınlığından, bir az fərqli görünmək istəyindən doğan dəli-dolu davranış, fikirlər, prinsiplər geridə qalır. Bir-iki il əvvəl ağzın köpüklənə-köpüklənə müdrikliyə, müdriklərə nifrət elədiyini desən də, özün müdrikləşirsən, dünyaya daha sakit, daha iri gözlərlə baxırsan. Və ən əsası - daha böyük, daha təmkinli ürəklə…
Baxmayın yaşın, illərin dərini qırışdırıb, üzü soldurub, ürəyin odunu söndürməyinə - məxməri, alicənab, ən başlıcası isə daha təravətli ürək deməkdi olğunluq…

İllər yox, yaşadıqları böyüdür, yaşadıqları adam eləyirmiş adamı. İndi qocaları anlamağa, sevməyə, onlarla doğmalaşamğa başlayıram. Bir neçə il əvvəl bir az əsəbi, bir az asi davrandığım adamlarla. Onlara nəyə görə yaxşı, mehriban, hörmətlə, ehtiramla davranmalı olduğumuzu anlayıram. Bizdən 30-40 yaş daha böyükdürlər, saçlarına qırov düşüb, gözlərinin parıltısı gedib, üzlərində zamanın amansız izləri var deyə yox. Saçlarındakı hər ağ tük, üzlərindəki hər qırış, gözlərindəki kədər yaşadıqlarını danışır, yaşadıqlarını nağıl edir deyə.
Onların yaşadıqlarınadır ehtiramımız, sayğımız. İndi mərhəmətlə baxdığım bütün qarıların üzündə öz gəncliyimi görürəm. İndii ayaqlarını bir əsrlik ömür yollarında əymiş qarıların hamısında özümdən nəsə var. İndi onları, düşüncələrini, prinsiplərini bizdən ayıranın zaman olduğunu anlayıram. İndi «zaman onsuz da mənim xeyrimə işləyir» deyib, güzəştə getməyə çalışıram.
İndi anama ana, atama ana olmağa tələsirəm…
Anamı bir az yaşlandığı üçün, anamı bir az yaşlandığım üçün sevirəm.
Və yol kənarında dayanan qarıların mütləq qolundan yapışıram - təkcə ona kömək etmək üçün yox. Bir az da onun yaşadıqlarına, müdrikliyinə sığınmaq, bir az da qarı yaşına, qarı bədəninə öyrəşmək üçün…
Çünki çox kədərli bir həqiqət var - biz heç vaxt olduğumuzdan daha cavan olmayacağıq.
Qarşıda bizi ancaq qocalıq gözləyir…






13 Fevral, 2012  18:02 Baxılıb: 1713 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner