Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Aclıq

Ah, torpağını uşaqların ayağındakı palçıqda sevdiyim vətən! 

Ötən ili kədərli-kədərli yola verəndən sonra bir-iki həftə yazmadım. Yol, vaxt, əsəb, həyat - bir sözlə hər şey elə gətirirdi ki, əlim klaviaturaya yatmırdı. Amma indi barmaqlarım qara-qaramat klavişlərdə gəzdikcə yazı üçün, yazmaq üçün necə acdığımı, bu günlər ərzində yazmaq sarıdan necə ac olmuşam...
Bu yazımda aclıqdan yazmaq istəyirdim, amma girişi məhz mövzuya daha rahat keçə bilim deyə eləmədim. Belə alındı.
Sonuncu onilliklərdə kapitalistlər arıqlamaq istəyən adamların bu kompleksindən milyonlarla pul qazanır. Şo-biznes ulduzlarının, varlıların, burjua xanımlarının dərd-səri çəki atmaqdır. Yüzcə qram arıqlamaq üçün insanlar ətək-ətək pul xərcləyirlər. Dərmanlar, pəhrizlər, məşğələlər, kremlər və bitməz-tükənməz adda, sayda bu kimi şeylər...
Sibel Canın iki həftə ac qalıb, doqquz kilo arıqladığını eşidəndə dünyanın harasındasa, bəlkə də elə evimizin tinində zibillikdə bir tikə çörək tapmaq üçün əlləşən səfil gəlir ağlıma. Yemək imkanının olduğunu bilib ac qalanla, yemək imkanının olmadığını bilə-bilə ac qalanın arasındakı fərqi izah etməyə istedadım çatmır. Amma bu fərq nədirsə, adamı iliyinə qədər ağrıdan bir şeydi...
Razıyam, naturaca bir az qəribəliyim var. Buz kimi soyuqluğum, görməmişcəsinə ünsiyyətcilliyim də olur. Amma içimdə ən böyük ziddiyyət insan əzabı və ac insan məsələsində özünü göstərir.
Əli milyonlarla insan, minlərlə ziyalının qanına batmış Sovet impeiyasının həsrətini çəkirəm, o vaxtların nostaljisi ilə yaşayıram. Bir tikə xoşbəxtlik yaşadığım uzaq və əlçatmaz uşaqlığımı keçirdiyim o köhnə, doğma sovetlərin...
Müharibədən, savaşlardan hazırlanan sənədli filmlərə, ordakı dəhşətli kadrlara baxanda dünyada ən ali dəyərin humanizm olduğunu öz-özümə təsdiqləyirəm. Amma küçədəki əli yavan çörəkli uşaq məni daha çox ağladır. Ən dəhşətli insan ölümü səhnəsindən daha çox, daha içtən ağladır məni ac insanın görünüşü. Mən insanın ölümünü həzm eləyə bilirəm. İnsanın aclığını həzm eləyə bilmirəm.
Məni yazıçı olmağa məcbur eləyən səbəblərin bir neçəsini sadalasam, birinci sırada yəqin ki, aclıq dayanar. Mən ömrümdə bircə dəfə, uşaqlıqda ac qalmalı olmuşam və saat hesabı çəkən o aclıq əzabı mənə bir ömür bəs eləyib. Bu yaxınlarda bir dəfə əlindəki bərk heyvanı dişləyə bilməyən uşaq görüb, ağlamışam.
Ömrümdə bircə dəfə ac qalmaq mənə çox şey öyrətdi. Rifahdan və ya korluqdan asılı olmayaraq, qənaətcillik. Bütün kasıbların halına acımacı. Harınlıq eləyən insanlara nifrəti. Aclıq mənə bir insanın qəlbində var olmalı olan ən vacib hissi - rəhm hissini öyrətdi.
Bütün dinlər özünə inananları müəyyən bir vaxt ərzində ac qalmağa, yəni nəfsini saxlamağa, dözməyə çağırır.
Çünki ömrü boyu bircə dəfə də olsun ac qalmayan insanın içində heç vaxt əsl rəhm hissi ola bilməz...
Aclıq - nə qədər ağır olur-olsun, insan orqanizminin deyil, insan ruhunun tərbiyəsidir.
Ömrünüzdə bircə dəfə də olsun, ac qalın...
Sonra əlindəki quru çörəyi dişləyə bilməyən uşağı görüb ağlayanda, insan olduğunuzun fərqinə varacaqsınız...






16 Yanvar, 2012  15:08 Baxılıb: 2145 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner