Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Füzuli Musayev yenidən ETU-nun vitse-prezidenti seçilib

Azərbaycan Taekvondo Federasiyasının (ATF) I vitse-prezidenti Füzuli Musayev yenidən Avropa Taekvondo İttifaqının (ETU) vitse-prezidenti seçilib.

Simsar.az-ın məlumatına görə, bu barədə jurnalistlərə F.Musayevin özü açıqlama verib. 

O bildirib ki, bu yaxınlarda ETU-nin hesabat-seçki konfransında qurum prezidenti postuna 2 namizəd olub - hazırkı prezidenti Atanasios Praqalos və Türkiyə Taekvondo Federasiyasının prezidenti Mətin Şahin. F.Musayev M.Şahinə səs verib: “Mən Praqalosun özünə də demişdim ki, Şahinə səs verəcəyəm. Amma elə alındı ki, Praqalos yenidən prezident seçildi. O, seçildikdən sonra ETU-nun 6 vitse-prezidentindən 5-ini yenisi ilə əvəzlədi. 1 vitse-prezident yeri isə müəyyən müddət boş qaldı. Həmin postu mənə təklif etdikdə, dedim ki, digər işlərimlə əlaqədar federasiyamızın prezidenti Kəmaləddin Heydərovun razılığını almalıyam. Praqalos bu yaxınlarda Azərbaycana səfər edərkən, K.Heydərovun da razılığı ilə mənim vitse-prezidenti postuna namizədliyimi təsdiqlədi”.

Qeyd edək ki, ATF prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov həm də Ümumdünya Taekvondo Federasiyasının vitse-prezidentidir.






29 Dekabr, 2011  19:41 Baxılıb: 1111 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner