Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Elnur Məmmədli yeni vəzifəyə gətirilir

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə yeni vəzifə təklif olunub.

Simsar.az-ın əldə etdiyi məlumata görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibinə Bakının 8-ci km qəsəbəsində yerləşən “Start” İdman və Əyləncə Kompleksinin direktoru vəzifəsi təklif olunub. 

Bundan başqa qurğunun adının dəyişdiriləcəyi və “Bakı” İdman Kompleksi adlanacağı bildirilir.

Məmmədlinin özü Lent.az-a açıqlamasında belə bir təklif aldığını təsdiqləyib. Lakin o, hələlik konkret qərar qəbul etmədiyini söyləyib: “Hələ təklif üzərində düşünürəm. Çıxış etdiyim cüdo yığmasının baş məşqçisi Ağayar Axundzadə ilə də məsləhətləşməliyəm. Bu işin cüdoçu kimi çıxışlarıma necə təsir edəcəyini də ölçüb-biçməliyəm”.

Olimpiya çempionumuz yekun qərarı yanvarın əvvəllərinədək verəcəyini əlavə edib.

Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, 2012-ci il London olimpiadasına 81 kq çəkidə lisenziyanı böyük ölçüdə təmin edib. Hazırda Məmmədli Bakı şəhəri üzrə Yol Patrul Xidmətinə (YPX) baş müfəttiş vəzifəsində də çalışır, polis kapitanıdır.






28 Dekabr, 2011  18:45 Baxılıb: 1131 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner