Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hüceyrələr üzərində araşdırmalar maraqlı nəticələr verdi

Onların insan bədənindən kənarda yaşamasını təmin etmək mümkündü

Normal və şişli hüceyrələrin laboratoriyada 2 il boyunca yaşaması təmin edildi.

Bu günə qədər adi hüceyrələr bir neçə dəfə bölündükdən sonra laboratoriya mühitində ölürdü. Bir çox xərçəng hüceyrəsi isə bədən xaricində çoxala bilmirdi.

Amerikalı elm adamlarından Riçard Şlegel bunun fərdi müalicədə cığır aça biləcək bir inkişaf olduğunu deyib.

Şlegel hazırladıqları üsul sayəsində hüceyrənin üzərində birbaşa kemoterapiye müqavimətin ya da fərqli müalicələrin test edilə biləcəyinə diqqəti çəkib.
Alimlər ağciyər, döş, prostat və qalın bağırsaqdan alınan xərçəng hüceyrələrinin yaşaması üçün fibrolastik hüceyrələr və çoxalmağa davam etmələri üçün kinaz adı verilən zülal növünün inhibütöründen faydalanılan texniki üsul tapıblar.

Şlegel xərçəngli və normal hüceyrələrə bu üsulun tətbiq ediləcəyi təqdirdə onların çoxalacağını güman edir: “İnsandan götürülən hüceyrələr üzərində aparılacaq araşdırmalar həm də, xəstənin müalicəsi yolları barədə ətraflı təsəvvür yaradacaq. Hüceyrələr insanın hansı xəstəlikdən əziyyət çəkdiyini göstərir. Bu olduqca əhəmiyyətli kəşfdir”.






19 Dekabr, 2011  21:47 Baxılıb: 1399 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner