Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BAKIDA ƏN BAHALI TORPAQ HARDADI?

Noyabr ayında Bakının torpaq bazarında aktivlik azalıb, qiymətlər isə sabitləşib

Bu barədə «MBA Ltd.» konsaltinq və qiymətləndirmə şirkəti öz araşdırmalarına əsasən məlumat verib.

Şirkətin məlumatına görə, havaların soyuması, tikinti mövsümünün sona yaxınlaşması ilə əlaqədar olaraq noyabrda bağlanan əqdlərin sayında azalma baş verib. Həm köhnə tikililər üzrə söküntünün azalması, digər tərəfdən isə ehtimal olunan böhran iş adamlarını gözləmə mövqeyinə çəkilməyə vadar edib. Aktivliyin azalması şəhərin III və IV zonalarında baş verib, mərkəzə yaxın ərazilərdə isə aktivlik dəyişməyib.

Bu ilin noyabr ayı ərzində Bakı şəhərinin torpaq bazarında orta qiymətlər nisbi stabilliyi ilə yadda qalıb. Belə ki, 1 sot torpağın orta qiyməti 0,92% azalaraq 20 085 dollar olub. Nəticədə, I zonada torpağın orta qiyməti 308,7 min dollar, II zonada 188,9 min dollar, III zonada 22,8 min dollar, IV zonada isə 5 min dollar təşkil edib.

Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, «Gənclik» metro stansiyası ətrafında (618 000 dollar/sot), ən ucuz torpaq sahəsi isə Xəzər rayonunda (388 dollar/sot) qeydə alınıb.

Hesabat ayında torpaq bazarında təklif portfelinin həcmi 3,4% artıb, bazarda torpağın ekspozisiya (satış) müddəti 1,2% artaraq 334 günə bərabər olub. «Alıcı tapmadığından bazarda təkrar dövr etmiş bəzi torpaqların hələ uzun müddət dövriyyədə qalacağı istisna deyil», - deyə şirkətin məlumatında bildirilir.






13 Dekabr, 2011  20:38 Baxılıb: 1418 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner