Türkiyə mətbuatı Alim Qasımovun İstanbulda Cemal Reşit rey konsert sarayında qızı Fərqanə ilə birgə çıxış edəcəyi barədə yazıb.
Simsar.az-ın məlumatına görə, türk mətbuatı yazır ki, “Orta Asiyanın tilsimli səsi” olaraq tanınan və Şərqin ən önəmli səslərindən olan Nusrat Fateh Əli Xanın varisi olaraq göstərilən və “Azərbaycanın Neşet Ertaşı” olaraq tanınan dünyada məşhur muğam ifaçısı Alim Qasımov dekabrın 16-da konsertlə çıxış edəcək: “Azərbaycanın klassik musiqisi olan muğamın ən yaxşı ifaçılarından olan Alim Qasımov eyni zamanda sufi ənənələrindən ilhamlanan musiqisi ilə də diqqət çəkir”.