Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ORDUYA QARŞI HÜCUMLAR HARDAN VƏ NİYƏ TƏŞKİL OLUNUR? - ARAŞDIRMA

ATƏT-in Minsk Qrupundan ümidlərin üzüldüyü bir vaxtda Azərbaycan ordusunun zəif göstərilməsi kimlərin marağındadır? 

Son bir ildə Azərbaycan məbuatında Müdafiə Nazirliyinə, onun rəhbərlinə hücumların artması açıq müşahidə edlir. Daha dəqiqi mətbuatdan bir vaistə kimi istifadə olunur. Nə yazıq ki, bəzi KIV-lər və QHT-lər ya məsuliyyətlərini başa düşməyərək, ya ucuz şou yaratmaq xətrinə, ya da sifarişlə ölkənin milli maraqlarından irəli gələn strateji ?həmiyy?tli məqamları arxa plana keçirmklə əslində orduya yönəlik bu təxribat xarakterli hücumların daşıyıcısına çevrilirlər. Bunlar əsasən 2 formada həyata keçrilir.
Birincisi, Müdafiə Nazirliyinin rəhbərliyidə olan şəxslər, ayrı-ayrı yüksək rütbəli hərbiçilər barədə bəzən açıq böhtan xarakteri daşıyan, bəzən isə qəsdən şişirdilmiş məlumatlar kompramat adı ilə mətbuatda dərc olunur. Son dövrlər bəzi mətbuat orqanlarında dərc olunan və kiçik araşdırmadan sonra təkzib olunan anonim məktublarda yazılanlar buna əyani sübutdur. Əslində həmin məktubların məzmununa diqqət yetirdikdə onların təxribat xarakterli, ordunun nüfuzuna xələl gətirməyə, onu gözdən salmağa, ordu daxilində milli təfriqə yaratmağa hesablandığını görmək o qədər çətin deyil. Gah ehtiyatda olan hərbiçilərin, gah naməlum zabitlərin, gah da bir qrup kursantın adından dərc olunan, əslində isə onlara heç bir aidiyyatı olmayan həmin məktublarda yazılanların yalan və iftira olduğu sonradan sübut olunsa da, bunun ictimai rəyə təsrsiz ötüşdüyünü iddia etmək olmaz. Əhalinin xususilə az məlumatlı qismi uçun ilkin informasiyalardan dogan təəssuratlar daha təsirli olur, nəinki sonrakı təkziblər.Bu cür məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır, ordu rəhbərliyinə qarşı müəyyən inamsızlıq toxumu səpir.

Orduya qarşı qərəz

İkincisi, bəzi QHT-lər və KİV-lər ordu quruculucu ilə bağlı müxtəlif məsələləri intensiv şəkildə müzakirəyə çıxarmaqla, orduda olan bəzi problemləri, bir çox hallarda şişirdərək yanlış şəkildə cəmiyyətə təqdim etməklə Müdafiə Nazirliyinə, dolaysıyla orduya qarşı mənf ictimai rəy formalaşdırmağa çalışırlar. Bəzən hətta etik normaları tapdalayan bu cur muzakirəlin və yanlış məlumatların Silahlı Quvvələrimizin üzərinə götürdüyü tarixi missiyanı dolayı yolla aşağılamasının belə fərqinə varmırlar. Nəyin bahasına olursa-olsun ordu rəhbərliyi haqqında ictimaiyyətdə yanlış və qeyri-obyektiv rəy formalaşdırmağı qarşısına məqsəd qoyanlar bu zaman Silahlı Qüvvələrimizin nüfuzuna zərbə vurmaqdan belə çəkinmirlər. Elə bu yaxınlarda Bakının mərkəzində- Fəvvarələr meydanında bir qrup gəncin ordudakı itkilərə etiraz adı altında təşkil etdikləri aksiya buna misal ola bilər. Şübhə yoxdur ki, əksəriyyəti hələ ordu sıralarında olmamış, ordudakı real durumdan xəbərsiz olan bu gəncləri belə bir aksiya keçirməyə təfriq edənlər, onları buna məyyən mənada həvəsləndirənlər var. Şübhə yoxdur ki, həm bu aksiya, həm də bu adla son vaxtlar bəzi ictimai qurumların təşkil etdikləri müzakirələr heç də problemlərin həlinə kömək məqsədi daşımır, sadəcə Müdafiə Naziriyinin rəhbərliynə qarşı kampaniyaya çevrilir.

Ümumiyyətlə, bu gün orduya qarşı, sözün həqiqi mənasında söyuq müharibə aparan bəzi KİV və QHT-lərin bu istiqamətdəki fəaliyyətində, fikirlərində aşkar qeyri-səmimilik, kimlərinsə şəxsi maraqlarına xidmət etmək meylləri özünü biruzə verir. Onlarn bilərəkdən və ya blməyərəkdən daha böyük oyunların iştirakçılarına çevrilməsi ehtimalı da kifayət qədər böyükdür. Bu qənaətə gəlməyimiz heç də təsadüfü deyil. Məsələ ondadır ki, Azərbaycan ordusunun zəif göstərilməsi, orduya və Müdafiə Nazirliyi rəhbərliyinə qarşı inamsılıq yaradılması bəzi dairələrin xüsusi marağındadır. Kimlərin?
Bu suala cavab verməzdən öncə qeyd edək ki, bu gun ordumuz Qafqazda ən qudrətli ordudur.
Vahid komandanlıq altında etibarla idarə olunan Silahlı Quvvələrin muasir hərbi bilik və bacarıqlara yiyələnmiş şəxsi heyəti dovlətimizi və xalqımızı təhdid edənlərə qarşı cavab vermək gücündədi.
Silahlı Qüvvələrin bütün qoşun növlərində, bütün strukturlarında maddi-texniki təchizatın, hərbi bilik və bacarıqların, döyüş qabiliyyətinin artırılması hər kəsə bəllidir.

Qısa müddətdə böyük inkişaf yolu


Bu gün dost da, düşmən də yaxşı bilir ki, müasir hərb elminin tələblərinə, fundamental ordu quruculğu prinsiplərinə uyğun formalaşmış Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə böyük inkisaf yolu keçib. Və burda ölkə rəhbərliyinin ordu quruculuğuna göstərdiyi qayğı təbii ki, həlledici rol oynayıb. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğun yenidən qurulmasında Müdafiə Nazirliyinin indiki rəhbərliyinin rolu danılmazdır. Müstəqillik illərində or¬duda bütün sahələrdə islahatlar aparılıb. Silahlı Qüvvələrin əşya və ərzaq təchizatı yaxşılaşdırılıb, müasir texnikalar, təyyarə və vertolyotlar, artilleriya qurğuları, atıcı silahlar, onların təmiri üçün ehtiyat hissələri, avadanlıqlar, cihazlarla təmin olunub. Bu gün hərbi hissələrdə texnikaların 90-95 %-i döyüşə hazır vəziyyətdədir. Hərbi təhsilə diqqət artırılıb. NATO və digər inkişaf etmiş dünya ölkələrinin ordularında olan təcrübə öyrənilir və Azərbaycan ordusunda tətbiq edilir. Ordu peşəkarlarla komplektləşdirilib. Azərbaycan zabitləri dünyanın inkişaf etmiş ölkələrinin, Amerikanın, Türkiyənin, Çinin, Pakistanın hərbi məktəblərində təhsil almağa göndərilir. Bunun nəticəsidir ki, əvvəllər orduda hərbi təhsili olan zabitlər yalnız 30-40 % təşkil edirdisə, bu gün 90 %-dən çoxdu.


Son vaxtlara qədər əhali arasnda müəyyən narazılığa səbəb olan hərbi çağrışdakı problemlər də məhz proses Müdafiə Nazirlyinin nəzarətinə keçdikdən sonra həllini tapmaqdadır. Bu sahədə hüquqi baza möhkəmləndirilib, qanunsuzluqların qarşısı maksimum alınıb. Bütün bunların arxasında nə qədər gərgin iş dayandığını xüsusi izah etməyə ehtiyac yoxdu ki, bunlar məhz son illərdə həyata keçrilib.

Yalnız “problem” görən “ekspertlər”


Ancaq bəzi qüvvələr bütün bunları görməzlikdən gələrək ordudakı müəyyən kiçik problemləri şişirdərək cəmiyyətdə yanlış rəy yaratmağa cəhd edir. Qəribə də olsa uğurlar deyil, yanız problemlər Müdafiə Nazirliyinin adıyla bağlanılır. Əlbəttə, orduda müəyyən problemlər mövcuddur. Ancaq bu problemləri birbaşa Müdafiə Nazirliyinin rəbərliyilə əlaqələndirmək ən azı qeyri-obyektivlikdir. Oduda bü gün əsas problem kimi qabardılan əsgər ölümləridir ki, bunun da arxasında müəyyən obyektiv və subyektiv səbəblər durur.
Oyektiv səbəb kimi Azərbaycanın müharibə şəraitində olmasını qeyd etmək olar. Unutmayaq ki, əsgərlər və zabitlərimiz düşmənlə üz-üzədir. Və xain düşmən hər fürsətdə atəşkəsi pozaraq vətənin müdafiəsində duran övladlarımızı şəhid edir. Təbii ki, onların cavabı verilir və düşmən də böyük itkilərə məruz qalır. Əlbəttə, heç kim, o cümlədən Müdafiə Nazirliyi bir gəncimizin belə şəhid olmasını istəməz. Ancaq reallığı da nəzərə almaq lazımdır. Onu da nəzərə almaq lazımdır bu cür itkilər yalnız Azərbaycan ordusunda deyil, dünyanın bütün ordularında baş verir. Uzağa getməyək bu yaxınlarda PKK terror təşkilatı 21 türk əsgərini şəhid etdi. Buna görə türk xalqı və mediası ordu rəhbərliyini deyil, xain düşməni hədəfə götürdü.


Subyektiv səbəb kimi isə cəmiyyədəki müəyən problemlərin orduya da siyarət etməsini göstərmək olar. Müdafiə Nazirliyinə qarşı qərəzli mövqe tutan bəzi KİV və QHT-lərdə bilərəkdən ordu ilə ictimaiyyəri bir-birindən təcrid edən meyllər mövcuddur. Halbuki ordu cəmiyyətdən doğan qurum oldugu ucun ona əlahiddə yanaşmaq düzgün deyil. Ordu cəmiyyətdə gedən proseslərin güzgüsüdür. Onu xalqdan ayırmaq düzgün deyil. Odur ki, cəmiyyətdə intihar halları artırsa, müəyyən aqresivlik varsa, bu orduya da siyarət edir. Nə qədər nəzarət olsa da, təbliğat aprılsa da 100 minlərlə gənci özündə birləşdrən bir təsisatda müəyyən xoşagəlməz hallardan qaçmaq mümkün deyil. Bu, bütün dünyada belədir. Məsələn, ABS ordusunda ötən ilin yalnız oktyabr ayında 20 intihar faktı qeydə alınıb. Yaxud başqa bir fakt: Amerika bazalarının birində öz həmkarları ilə mübahisə edən hərbici yoldaşlarını gülləbaran edib. Nəticədə beş əsgər həlak olub, beşi isə ağır yaralanıb. Otən il Rusiya ordusunda 471 hərbi qulluqcu həlak olub. 2010-cu ildə şəxsi heyəti bizdəkindən dəfələrlə az olan Ermənistan ordusunda 54 ölüm faktı qeydə alınıb və s.
Əlbəttə bu o demək deyil ki, biz ordudakı ölüm hallarına haqq qazandırır və yaxud bunun azaldımasını mükünsüz sayırıq. Xeyr. Ancaq bunun üçün Müdafiə Nazirliyini ittiham etmək deyil, birlikdə orduya çağrılan gənclər arasında marifləndirmə işi aparmaq, onları hərbi xidmətə hazırlamaq lazımdır.

Əsgər ölümü tək Azərbaycandadırmı?

Bu ölümərin səbəblərini araşdırmadan Müdafiə Nazirliyinin rəhbərliyini hədəfə götürmək isə təbii ki, başqa məqsədlərən xəbər verir. Bu məqsədlər iki yerə ayırmaq olar. Birincisi, bəzi qüvvələr ordumuz haqqında, Müdafiə Nazirliyinin rəhbərliyi barəsində mənfi rəy formalasdırmaqla öz koorporativ maraqlarını təmin etməyə cəhd edirlər.
İkincisi, bəzi qüvvələr isə Azərbaycan ordusunun günü-gündən qüdrətlənməsini həzm edə bilmir.
Kimdir bu qüvvələr?
Əlbəttə, ordudakı ölümlərdən səmimi olaraq narahat olanları da var. Ancaq söhbət oduya qarşı kampaniya aparanlardan gedir.
Bəziləri bu qüvvələrin bir mərkəzdən idarə edildiyini iddia etsə də, bu fikirlə razılaşmaq mümkün deyil. Yayılan məlumatlar və onların təhlili göstərir ki, orduya qarşı birbaşa və dolayı yollarla kampaniya aparılmasında maraqlı olan dairələri 3 qrupa ayırmaq olar.
Birincisi, Müdafiə Nazirliyinin rəhbərliyini ələ keçirmək istəyən daxili qüvvələr. Məhz bu qüvvələr ordu rəhbərliyiə bağlı iftira dolu məlumatları kompramt kimi mətbuata ötürür, hətta emisarları vaistəsilə bunun sifarişçisi kimi çıxış edikləri də istisna deyil. Belələrinin məqsədləri və kimliyi haqda müəyyən məlumatlar da dolaşır. Belə məlumatlara da rast gəlinir ki, bu qüvvələrin əsas məqsədi dövlət tərəfindən hər il orduya ayrılan bir-neçə milyard manat vəsaitə nəzarəti ələ keçirməkdi. Buna görə öz adamlarını ordu rəhbərliyinə keçirməyə çalışılar. Görünür bu adamlar fikirləşir ki, artıq nizami ordu qurulub və elə bir ciddi iş qalmayıb, ayrılan pulları şəxsi məqsələrə yönəltmək olar. Ancaq unudurlar ki, ordu daim yenləşən, ciddi nizam-intizam və ən əsası peşəkar idarəetmə tələb edən bir qurumdur. Və orduya ayrılan hər bir manatın təyinatı üzrə xərclənməsi vacibdir.Təəssüf ki, mətbuat da bəzi hallarda bilməyərəkdən şəxsi ambisiyalarından ötrü çalışan oliqarxların əlində asanlıqla idarə olunan alətə cevrilir.

İşdən qovulanlar orduya qarşı


İkincisi, Müdafiə Nazirliyində aparılan islahatlar, eləcə də son dövrlərdə «təmizləmələr» nəticəsində hərbi sistemdən qovulan və ya haqqında cinayət işi açılan bəzi dairələr. Belələrinin bəziləri gizli, bəziləri isə müxtəlif QHT-lərin vaistəsilə «qisas almaq» üçün ordu rəhbərliyinə qarşı kampaniya aparırlar. Burada Müdafiə Nazirliyinin hərbi sahədə fəaliyyət göstərən QHT-lərlə lazımı səviyyədə əməkdaşlıq etməməsinin də məyyən rolu olduğunu qeyd etmək lazımdır. Müdafiə Nazirliyi keçmiş hərbiçilərin yaratdıqları bütün QHT-lərlə əməkdaşlığa çaışmalı, oduyla bağlı həqiqətlərin cəmiyyətə çatdırılmasında onların imkanlarından istifadə edilməlidir. Eyni zamanda cəmiyyətin orduda və yaxud hansısa hərbi hissədə nədən narazı olmasını onlardan öyrənərək, geniş ictimai müzakirəyə çevrilmədən onların əlinə nail olmaldır.
Və nəhayət üçüncüsü xarici qüvvələr. Orduya qarşı təxribatların ssenarisi təkcə Bakıda yazılmır. Həm Şimalda, həm Qərbdə, hətta Cənubda Azəbaycan ordusunun güclənməsindən narahat olan kifayət qədər qüvvələr mövcuddur. Eyni zamanda erməni lobbisinin maliyələşdirdiyi bəzi xarici təşkilatların, fondların Ermənistanın mənafeyi naminə öz vəsaitlərini üçüncü dövlət vasitəsilə Azərbaycana yonəltməklə, orduya qarşı cəmiyyətdə inamsızlıq yartmaq istiqamətində iş aparmasını da istisna etmək olmaz. Şübhə yoxdur ki, Ermənistan və onun havdarları Azərbaycanda güclü, xalqın inandığı bir ordunun olmasını istəmirlər. Bu gun orduya qarşı yönəlmiş səlib yürüşünün arxasında da əsasən məhz bu fakt dayandığı istisna deyil. Məqsəd dövlətin bel sütunu sayılan Silahlı Qüvvələrə inamsızlıq yaratmaq və bundan oz niyyətlərini həyata keçirməkdən ötrü bəhrələnməkdir. Niyəsi də aydındır: Əvvala, bu güc strukturu həm canlı qüvvə, həm də silah-sursat arsenalı baxımından kifayət qədər böyük və zəngindir. Ikincisi, düşmənlə təmas nöqtələrinin birmənalı şəkildə hamısı Müdafiə Nazirliyinin tabeliyindədir. Üçüncüsü, danışıqlar nəticə verməzsə torpaqları işğaldan azad etmək missiyası böyük ölçüdə Mudafiə Nazirliyinin tabeçiliyindəki silahlı qüvvələrin üzərinə düşəcək.
Maraqlıdır ki, orduya qarşı hücumların artması Minsk qrupunun vaistəçiliyilə aparılan danışıqlara ümidlərin kəsildiyi, ölkə rəhbərliyinin müharibə variantını nəzərdən keçirməyn mümkünlüyü barədə bəyanatlarnın intesivləşiyi bir zamana təsadüf edir. Fikrimizcə, bunu təsadüfi saymaq olmaz. Ermənistan və Qarabağ problemindən Azərbaycana təzyiq vaistəsi kimi yararlanmaq niyyətində olan dövlətlər istənilən halda mövcud status-kvonun saxlanmasında marqlıdırlar. Bütün səylər buna yönəlib. Ancaq danışıqlar adı altında imitasiyasını davam etdirmək artıq çətinləşib. Belə bir şəraitdə Azrbaycanın Dağlıq Qarabağda anti-teroor əməliyyatlarına başlaması ehtimalı artır. Bunun üçün isə ordu ilə cəmiyyətin vəhdətliyi, xalqın orduya inamı əsas şərtdir. Məhz orduya qarşı aparılan çirkin kamraniyanın əsas məqsədi də bu inamı qırmaq, cəmiyyətdə ordunun torpaqarı işğaldan azad etmək qüdrətində olmasına şübhə yaratmaqdı. Paralel olaraq təxribat xarakterli məlumatlarla ordu daxilində təfriqə salınmasna cəhdlər müşahidə olnur. Bir sözlə, Ermənistan eləcə də, Azərbaycana dost olmayan digər xarici qüvvələr ordumuzu problemli bir təsisat kimi göstərmək, gücünə şübhə yaratmaq istəyirlər.Təəssüf ki, bu gizli məqsədlərini həyata keçirmək üçün daxildə olan bəzi təşkilatları və mətbuatı alətə çevirirlər. Öz əsl məqsədlərini gizlətmək üçün müxtəlif vaistələrdən yararlanırlar. Orduda olan kiçik problemləri şişirdənlər, bunu Müdafiə Nazirliyinə qarşı kampaniyaya çevirənlər unutmamalıdı ki, Azərbaycanı istəməyən yabancı qüvvələrin əlində ucuz alətə cevrilir.

Qeyd olunanları nəzərə alan ictimai qurumlar və mətbuat müharibə vəziyyətində olan ölkədə informasiya təhlükəsizliyi məsələsinə xüsusi önəm verilməlidir.
Orduyla bağlı təxribat xarakterli məlumatları yaymaqdan yayınmalıdırlar. Eyni zamanda Müdafiə Nazirliyi də əsl niyyətin nə olduğunu görməli, mətbuat və hərb yönümlü QHT-lərlə əməkdaşlığı güclənirməlidir.
Unutmaq olmaz ki ordu hər birimizindir. Ümummili lider Heydər Əliyev ordunun şəxsi heyəti qarşısındakı çıxışlarının birində deyib: “Azərbaycan ordusu Azərbaycan xalqının, bütün dövlət orqanlarının, vətəndaşların diqqəti və qayğısı ilə əhatə olunmalıdır".

«Azmedia» Analitik İnformasiya Agentliyi, xüsusilə Simsar.az üçün






12 Dekabr, 2011  18:53 Baxılıb: 2659 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner