Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

QARABAĞI ALMAĞIN BİR YOLU VAR: ANTİ-TERROR ƏMƏLİYYATLARI

Minsk qrupunun fəaliyyətsizliyi və regiondakı yeni situasiya bunu zərurətə cevirir 

Xəbər verildiyi kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan katibinin xüsusi təmsilçisi Anjey Kaspçik bölgəyə nöbəti səfəri başa catıb. Əvvəlcə Ermənistana, sonra isə Azərbaycana səfər edən həmsədrlərin nə görüşlərində, nə də bəyanatlrında hər hansı yenilik olmayıb. Yeganə yenilik həmsədrlərin bu dəfə keçidi təmas xəttindən - Qarabağdan deyil, Ermənistan-Azərbaycan sərhədində etməsi olub. Və bir də Fransalı həmsədr Bernar Fasyenibu vəzifədə əvəz edəcək Jak Forununu təqdimatı.
Sonuncu fakt özü Minsk qrupununu nə qədər fəaliyyətsiz olduğunu göstərir. Yəni həmsədrlər dəyişir, problem qalir.
Тəсаdüfi deyil ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətləri tənqid edərək onları Qarabağ münaqişəsinin nizamlanmasında nəticənin olmamasında ittiham edib .R. Mehdiyev bildirib ki, uzun illər həmsədr ölkələr (ABŞ, Fransa, Rusiya) erməni təcavüzünə son qoyulması və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün heç bir iş görməyiblər: “Azərbaycan xalqı çoxdan başa düşüb ki, bu dövlətlər gizlində Ermənistanın işğalçı siyasətini dəstəkləyir”.

Problemin həlli ücün alernativ yollar

Bu haqda danişmzdan öncə qeyd edək ki, hazırda Azərbaycan bir cox parametrlərə görə Cənubi Qafqazın lider dövləti statusunda çıxış etdiyi və bu statusunu getdikce daha da möhkəmləndirdiyi faktdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, regionda istehsal edilən ümumi daxili məhsulun 80 faiz qədəri məhz Azərbaycanın payına düşür. Burda reallaşdırılan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan transmilli layihələr artıq Azərbaycanın iştirakı, razılığı olmadan mümkün deyil. Qeyd edilənlər son 20 il ərzində ölkəmizin dinamik tərəqqi yolu keçdiyini və mühüm nailiyyətlərə imza atdığını əyani surətdə təsdiq edir. Lakin bu 20 il ərzində Azərbaycanın daha sürətli inkiaşfını əngəlləyən, təkcə ölkəmizin yox, bütünlükdə regionun həllinə ciddi təhlükə yaradan hal da mövcuddur ki, bu, yenə də «Domokl qılıncı» kimi ölkənin başı üzərində asılıb qalmaqdadır. Söhbət işğal altında qalan Azərbaycan ərazilərindən, bu günə qədər öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsindən gedir. Azərbaycana yüz minlərlə qaçqın və məcburi köçkün ordusu bəxş edən, 20 faizinden artıq ərazisin nəzarətdən kənar qoyan, 10 milyardlarla dollar zərər vuran bu münaqişə hələ də öz həllini tapmamış qalır.
Dağlıq Qarabağ münaqişəsinin həllinin indiyə qədər uzanmasının əsas səbəbi konfliktin beynəlxalq hüquq normaları əsasında çözülə biləcəyinə dair Azərbaycan tərəfinin ümid və inamı olub. Bu istiqamətdə Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu tərəfindən müxtəlif həll varinatları hazırlanaraq təqdim olunsa da, yekun nəticədə onların heç biri icraya yönəldilməyib. Çünki təkliflər bu və ya digər şəkildə ya Azərbaycanın maraqlarına cavab verməyib, ya da Ermənistan hakimiyyəti işğalcı mövqeyinden geri cəkilməyib. Əslində Ermənistan daim danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirərək konkret nəticənin hasil olunmasına imkan verməyib. Minsk qrupu isə bunun nəyiki qarşısını alıb, həta bəzi hallarda işğalcı siyasətə dəstək mövqeyindən cıxış edib. Elə bu da Minsk qrupunun fəaliyyətinin nəticə etibarıyla fiasko ilə yekunlaşmasına rəvac verib. Yaranmış vəziyyətdə vasitəçilik missiyasını yerinə yetirnə dövlətlərin bundan sonra da həm danışıqlar stolu üzərində olan həll varinatının, həm də irəli sürəcəyi yeni təkliflərin praktiki icraya yöənlmə ehtimalı çox aşağdıdır.


Atəşkəs – münaqişənin həlli, yoxsa davamıdır


Mövcud situasiyanın təhlili isə göstərir ki, indiyə kimi Minsk Qrupunun əldə etdiyi bir nəticə varsa, bu da atəşkəs rejiminin bərqərar olmasıdır. Bəli, qlobal hərbi əməliyyatlar dayandırılıb və heç bir sülhməramlı, ayrıcı qüvvələr olmadan bu rejim müəyyən xırda pozunutlar olmaqla qorunub saxlanılır. Lakin burada da bir mühüm nüans xüsusi qeyd olunmalıdır. Atəşkəs bir rejim kimi təkcə Dağlıq və Aran Qarabağ ərazilərində pozulmur, ölkənin Ermənistanla sərhədləri boyunca da atəşkəsin pozulması halları qeydə alınır. Lakin nədənsə buna görə də Minsk qruppu tərəfindən Ermənistana hər hansı ciddi irad tutulmur. Bunu isə bir neçə məqam şərtləndirir.
Əvvəla Minsk qrupunun son ilərdəki fəaliyyəti göstərdi ki, qurumun irəli sürülən həll variantlarının icrası üçün tərəflərə hər hansı təzyiq mexanizmi yoxdur. Halbuki indiki halda bu təzyiq mexanizminin əsas və yeganə hədəfi qismində Ermənistanın çıxış etməsi olduqca vacib sayılır. Çünki məhz Ermənistan işğalçı dövlətdir, beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan ərazilərinin beşdə birini işğalda saxlamaqda davam edir. Lakin bu kobud hüquq pozuntusu müvafiq beynəlxalq sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnamədə öz əksini tapsa da, sözügedən halın aradan qaldırılması üçün heç bir addım atılmır. Bundan istifadə edən Ermənistan isə ərazilərimizin işğallı siyasətini davam etdirir. Çünki törətdiyi beynıəlxalq hüquq pozuntusu və işğal faktına görə qeyd olunduğu kimi Ermənistana hər hansı təzyüiq göstərilmir. Bu da öz növbəsində Azərbaycanı ərazi bütövlüyünün bərpasını nəzərdə tutan həll varinatlarının Ermənistan tərəfindən rədd edilməsinə təsirsiz ötüşmür.


Ermənistan Kremilin forpostu


İkinci bir tərəfdən o da mühüm faktdır ki, Minsk qrupunda yer alan bəzi dövlətlər özləri regionda geosiyasi təsirlərini saxlamaq üçün Qarabağ münaqişəsinin həllində maraqlı deyillər. Danılmaz həqiqətdir ki, Ermənistanı Cənubi Qafqazda öz forpostuna çevirən Rusiyanın bu gün rəsmi İrəvana istənilən səpkidə təsiri mövcuddur. Əgər Kreml razılıq verərsə, Ermənistanın Qarabağ münaqişəsinin həllinə dair istənilən həll varinatına imza atacağı demək olar ki, aksiomadır. Ancaq indiki şəraitdə münaqişənin həlli Moskva üçün sərfəli sayılmır. Rusiyada belə hesab olunur ki, Dağlıq Qarabağ konfliktinin mövcudluğu Azərbaycanın tam Qərbmeylli siyasət yürütməsinin, NATO-ya daxil olmaq istəyinin qarşısını alan əsas faktordur. Elə bu səbəbdən Kreml də forpostu Ermənistan kimi Qarabağ münaqişəsi ilə bağıl indiki status-kvonun qorunub saxlanmasında maraqlıdır. Təsadüfü deyil ki, bir-necə dəfə problemin mərhələli həlli ilə bağlı razılaşma əldə edilməyə yaxin olsa da Rusiya bunu əngəlləyib. Sankt-Peterbuqdakı məhşur Medvediyev-Sarkisiyan görüşündən sonra Ermənistanın mövqeyini dəyişməsi buna sübutdur. Bütün bunlar yekun nəticədə belə bir qənaətə gəlməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq müstəvidə ədalətsiz yanaşma mövcuddur.
Üçüncü bir amil ondan ibarətdir ki, yaxın iki ildə Minsk qrpunun həmsədr ölkələri üçün Qarabağ münaqişəsi arxa planda yer alacaq. Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer də vurğulayır ki, növbəti iki ildə münaqişənin həlli istiqamətində ciddi irəliləyiş gözləməyə dəyməz: “Qarşıdakı iki ildə həmsədr ölkələrdə - Rusiya, ABŞ və Fransada seçkilər keçiriləcək. Buna görə də hesab edirəm ki, danışıqlarda hər hansı canlanmanın olması ehtimalı çox azdır”.
Həqiqətən də hazırda adıçəkilən dövlətlərdə bütün əsas diqqət daxili siyasi həyata, bir tərəfdən avrozonanı bürümüş böhranlara, dıgər tərəfdən isə seçkilərə yönəlib. Bütün bunlar qarşıdakı ən azı iki il ərzində də Minsk qrupunun fəaliyyətinin hər hansı nəticəyə gətirib çıxaracağını ciddi sual altına alır. Eyni zamanda ərəb ölkələrində baş verən dəyişikliklər, İran ətrafinda cəryan edən hadisələr də beynəlxalq diqqətin hələ xeyli müddət Qarabağ münaqişəsinə yönəlməyəcəyini söyləməyə əsas verir. Belə bir situasiya isə Azərbaycanin maraqlarina cavab verə bilməz. Mövcud status-kvo sonsuzadək davam edə bilməz.
Odur ki, yaranmış şərait Azərbaycanı ərazi bütövlüyünü güc yolu ilə həll etməyə vadar etməkdədir. Və Azərbaycan Qarabağda anti-terror əməliyyatlarina başlaması ücün real şərait yetişməkdədir. Əslində, bütün bunlar rəsmi Bakı təərfindən də aydın sezilir və bunu nəticəsidir ki, Azərbaycanın artan iqtisadi imkanlarına paralel olaraq hərbi məqsədlər üçün ayrılan xərclərin miqdarı da davamlı olaraq artır.
Bu gün Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət büdcəsindən artıqdır. Digər tərəfdən Azərbaycan Ermənistan kimi demoqrafik problem də yaşamır. Belə vəziyyət isə Azərbaycan ordusunun həm şəxsi heyətin say tərkibi, həm də maddi texniki təminat baxımından Ermənistan silahlı qüvvələrini dəfələrlə üstələməsinə gətirib çıxarır. Müxtəlif döyüş texnikaları baxımından Azərbaycanı Ermənistan qarşısında üstünlüyü durmadan artır. Həmçinin Azərbaycan Müdafiə sənyaeçsinin yaradılması da vəziyyətin ölkəmizin lehinə dəyişməsinə ciddi təsir göstərir. Artıq bir çox əsgəri texnikaya ehtiyac əsas etibarı ilə yerli istehsal hesabına ödənilir. Bununla yanaşı, strateji baxımdan Azərbaycanın tədricən Rusiyadan və digər postsovet məkanı ölkələrindən ənənəvi silah asılılığından qurtulması istiqamətində bir sıra NATO ölkələrinin, xüsusilə Türkiyə və ABŞ-ın səyləri müşahidə edilməkdədir. Araşdırmalar göstərir Qərb dövlətləri, xüsusilə də NATO üzvləri Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığının güclənməsi tendensiyasına qarşı çıxaraq müdafiə sənayesinin daha çox Qərb müdafiə sənayesi şirkətləri ilə kooperasiyada inkişafını arzu edir. Sözügedən istiqamətdə atılan addımlar Azərbaycan ordusunun arsenlaında olan müasir hərbi texnikanın sayını əhəmiyyətli dərəcədə artırır. Halbuki ölkəmizdən fərqli olaraq Ermənistan ordusu əsas etibarı ilə köhnə sovet silahları ilə təmin olunur.
Azərbaycan ordusunun peşəkarliği da Ermənistanla müqayisədə xeyli üstündür. Milli Qəhrəman Mübariz İbrahimovun təkbaşına xeyli sayda düşmən əsgərini məhv etməsi göstərdi ki, acıq döyüşdə Azərbaycan ordusunun qalibiyyəti şəksizdir.



Təbii ki, bütün bunlar Qarabağ münaqiəşsi hərbi müstəviyə keçəcəyi təqdirdə nəticəyə təsirsiz ötüşməyəcək. Azərbaycanın qısa zaman kəsiyində Ermənistanı ciddi məğlubiyyətə düçar edərək ərazilərini işğaldan azad etmək qüdrətində olması indi Ermənistanın özündə də açıq etiraf olunur. Azərbaycan ordusunun atəşkəsin pozulmasına cavab olaraq 2 həftə ərzində 8 düşmən əsgərini məhv etməsindən sonra Ermənistan müdafiə naziri David Karapetyanın isterik bəyanatı da bundan xəbər verirdi.
Elə bunun nəticəsidir ki, Ermənistan rəhbərliyi hər vəchlə Azərbaycanın Qarabağda anti-terror əməliyyatlarına başlanmasına qarşı çıxır. Daxili ictimai rəyə hesablanmış cıxışlarında özlərini qəhrəman kimi ğöstərsələr də müharibədən qorxduqları acıq sezilir. Təsadüfü deyil ki, bu ölkənin prezidenti Serj Sarkisyan isə özünü az qala «sülh mələyi» kimi göstərərək dünyanın müxtəlif dövlətlərini, o cümlədən tarixən ağası funksiyasını yeriən yeirnə Rusiyanı Azərbaycanı hərb yoluna əl atmaqdan çəkindirməyə çağırır.

Sarkisyanın etirafı

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son aylardakı kəskin bəyanatları Ermənistan rəhbərliyi arasında ciddi təşviş yaradıh. Yaxşı başa düşürlər ki, yeni müharibə Ermənistan üçün əsl fəlakət deməkdir. Artıq bununla bağlı xəbərlər də yayılmaqdadir. Bu yaxinlarda isə Ermənistanın "Jamanak" qəzeti hıkumətdəki mənbələrə istinadən Ermənistanın rəhbərliyinin müharibə perespektivindən qorxuya düşdüyünü bəyan etmişdi. Qəzet yazır ki, Qarabağın erməni əhalisi Ermənistanın ətraf rayonları Azərbaycana qaytara biləcəyi ilə bağlı ciddi narahatlıq keçirir. İnamı azalan ermənilərin bir qismi Qarabağı tərk edib. Sarkisyanın Qarabağın rəhbəri Bako Saakyan, general Manvel Qriqoryan Tadevosyanın isə Qarabağın yüksək hərbi dairələri ilə görüşləri olduğunu yazan qəzet Azərbaycanın hərbi əməliyyatlar planını real olaraq gözdən kecirəcəyi təqdirdə rayonların geri qaytarılmasından başqa cıxış yolununu olmadığini bildirib. Qəzet bildirir ki, Sarkisyan generallara qəti şəkildə bildirib ki, avantüraya uymayacaq. "Ərazilərin qaytarılmamasının nativi müharibədir, Azərbaycan bizi qabaqlayır, bizim onlar qədər mərmilərimiz yoxdur", - deyə Ermənistan prezidenti açıqlayıb.
Təbii ki, Azərbaycan muharibə istəmir. Və ölkə rəhbərliyi hələ də sülh yolu ilə problemin həlinə calışmaqdadir. Lakin eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək onun beynəlxalq hüquq normaları ilə təsbit olunmuş hüququdur. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bəyan edib ki, əgər Ermənistan danışıqlar prosesində konstrkutiv mövqe nümayiş etdirib işğal altındakı ərazilərdən öz silahlı qüvvələrini çıxarmasa, onda Azərbaycanın müharibəyə əl atmaqdan başqa yolu qalmayacaq. Bu yaxinlarda da prezident İlham Əliyev çıxışında bildirib ki, tarixi ədalət istənilən yolla bərpa olunmalıdır və olunacaq : “Danışıqlar yolu ilə həll edilməsə, biz məcbur olub hərbi yola əl atacağıq. Bu, bizim suveren hüququmuzdur. Heç kim bu hüququ əlimizdən ala bilməz. Beynəlxalq qaydalar da, beynəlxalq hüquq normaları da bu hüququ bizə tanıyır. Azərbaycan ordusu istənilən anda ərazi bütövlüyümüzü bərpa edə bilər”.
Yuxarıda qeyd etdiyimiz amillə əsaslanaraq, artıq bu şəraitin yetişməkdə olduğunu söyləyə bilərik. Hər halda Ermənistanın problemin dinc yolla həlli üçün qeyri-konstuktiv mövqe nümayiş etdirməkdə davam etməsi, Azərbaycanın gözlənidiyindən də tez əsgəri əməliyyatalar start verməsini zərurətə cevirir. Qarşıdakı iki il ərzində Minsk qrupu tərəfindən Qarabağ münaqişəsinin çözümü üçün hər hansı ciddi addım atılmayacağı nəzərə alınaraq, Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlaya bilər. İlkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etmək ücün öz əsgəri gücünü düşmənə göstərə bilər. Azərbaycan bu gün BMT Təhlükzsizlik Şurasının qeyri-daimi üzvü kimi öz addimını beynəlxalq ictimaiyyətə də obyektiv catdırmaq və qəbul etdirmək imkanına malikdir. Hər halda ortada BMT Təhlükzsizlik Şurasının yerinə yetirilməmiş 4 qətnaməsi var.
Belə vəziyyətdə Azərbaycanın həm Ermənistana, həm də Minsk qrupuna həmsədrlik edən dövlətlərə sürpriz edərək qısa müddətli, ancaq geniş miqyaslı hərbi əməliyatlara başlması düşmən ölkəni indiki qeyri-konstruktiv mövqeyindən geri cəkilməyə də vadar edər.
Bunun üçün isə Azərbaycan butün resurslara malikdir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, Ermənistanın özünü «ərköyün uşaq» kimi aparması artıq Azərbaycan xalqının da səbr kasasını daşdırıb. Azərbaycan bu ğün həm iqtisadi, həm hərbi, həm də psixoloji baxımdan Qarabağda anti-terror əməliyyatlarına başlamağa, ən azı Dağlıq Qarabağ ətrafındakı rayonları işğadan azad etməyə hazırdır.

“Azmedia” Analitik İnformasiya Agentliyi – xüsusilə Simsar.az saytı üçün







9 Dekabr, 2011  19:03 Baxılıb: 1404 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner