Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Yaşar Nurinin vəziyyəti necədi?

Xalq artistinin həyat yoldaşı xəbər verdi

Artıq 25 gündür ki, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicəsini davam etdirən Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin səhhətində heç bir müsbət dəyişiklik müşahidə olunmur.

Bu barədə Milli.Az xəbər portalına xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva açıqlama verdi.

"Həkimlərin ciddi müdaxiləsinə baxmayaraq, hələ ki, Yaşarın səhhətində müsbətə doğru ciddi yaxşılaşma hiss olunmur. Hətta bir neçə gün öncə Türkiyədən çağırılmış həkim də kömək etmək iqtidarında olmadı. Sadəcə bildirdi ki, bu vəziyyətdə onu təyyarəyə mindirib, İstanbula aparmaq olmaz. Həkimlər reanimasiyaya daxil olmağıma icazə vermədikləri üçün özüm də narahatam. Ailə üzvləri olaraq ancaq Allahın mərhəmətinə sığınmışıq. Onu sevən hər kəsdən dua etməyi rica edirəm. Allah möcüzə göstərsin və Yaşar yenidən tam sağlamlığına qovuşsun", - Rəhimə xanım belə dedi.

Məlumat üçün bildirək ki, Yaşar Nurinin səhhəti bu ilin sentyabrında qəflətən pisləşmiş və aktyor bir müddət Mərkəzi Gömrük Hospitalında müalicə almışdı. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəllərində isə Türkiyənin İstanbul “Memorial” xəstəxanasında uzun müddət müalicə olunub.






5 Dekabr, 2011  17:58 Baxılıb: 1176 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55