Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Beynəlxalq təşkilat Tafiq Tağıya görə İranı ittiham etdi

Təşkilat İranın fitvası ilə baş verən qətilləri sadaladı

 

Simsar.az-ın məlumatına görə, sənəddə bildirilir ki, 2006-cı ildə İranın tanınmış ruhanisinin Rafiq Tağının ölümünə fətva verməsi və bu günlərdə azərbaycanlı yazıçının müəmmalı şəkildə qətlə yetirilməsi, eyni zamanda həmin ruhaninin oğlunun bu cinayət faktını alqışlaması İranın Cinayət Məcəlləsində islahatlar aparılmasına ehtiyac olduğunu göstərir: “Rafiq Tağının “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə Nardaran kəndində və İranda etiraz aksiyaları keçirilib. Buna səbəb kimi isə onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətməsi, xristian dəyərlərini islamdan üstün tutması göstərilib. Daha sonra ayətullah Məhəmməd Fazil Lənkərani 2006-cı ilin noyabrında Rafiq Tağı və qəzetin redaktoru Samir Sədəqətoğlu barəsində ölüm fətvası verib. Eyni zamanda analoji ölüm fətvalarının digər iki iranlı ayətullah Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri də verib. İran hakimiyyəti heç vaxt qətlə təhrik edən bu fətvaları pisləməyib, heç kimi Rafiq Tağı və Samir Sədaqətoğluna hücum planlaşdırmaqda, yaxud hücumu həyata keçirməkdə şübhəli saymayıb”. 

Bəyanatda oxşar fətvanın 1989-cu ildə ayətullah Xomeyninin britaniyalı yazıçı Salman Rüşdi barəsində çıxardığı da qeyd olunur: “Lakin 1998-ci ildə İran rəsmiləri bildiriblər ki, onlar Salman Rüşdiyə qarşı sui-qəsd planlarını nə dəstəkləyəcək, nə də ona mane olacaqlar. İran Cinayət Məcəlləsinin 226-cı maddəsində deyilir ki, qəsdən qətl törədənlər ölüm cəzaya məhkum edilirlər. Yəni öldürülən şəxs ölməyə layiq deyilsə, qətli törədənlər edam olunurlar. Bu metoddan İranda qətl törətməkdə ittiham olunan şəxslər məhkəmədə özünümüdafiə üçün istifadə ediblər. Onlar İslam qanununa uyğun olaraq məhkəmədə qurbanlarının ölməyə layiq olduğunu sübut etməyə çalışırlar. Kiminsə qətlinə çağıran fətvalardan da belə bir müdafiə üsulu kimi istifadə oluna bilər. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) həyata keçirilməsinə nəzarət edən BMT-nin İnsan Hüquqları Komitəsi həmin 226-cı maddə ilə bağlı narahatlığını ifadə edib, İran hökumətinə bu maddəni məcəllədən çıxarmağa çağırıb, qatillərin törətdikləri cinayətlərə görə ədalətlə mühakimə olunmasını tələb edib. “Amnesty İnternational” olaraq İran hakimiyyətini hazırda parlamentdə müzakirə olunan Cinayət Məcəlləsindən həmin maddəni çıxarmağa çağırırıq”.

Sənəddə deyilir ki, “Amnesty İnternational” Azərbaycanda Rafiq Tağının qətlinə görə cinayət işinin açılmasını alqışlayır, hakimiyyəti araşdırmanı hərtərəfli və səmərəli aparmağa, qatilləri tapmağa və beynəlxalq standartlara uyğun mühakimə etməyə çağırır. Təşkilat həmçinin İran hakimiyyətini istintaq prosesində Azərbaycanla lazımi əməkdaşlıq etməyə səsləyir.

Qeyd edək ki, noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan R. Tağı noyabrın 23-də xəstəxanada vəfat edib.






2 Dekabr, 2011  19:09 Baxılıb: 1226 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner