Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünyada avtomobil istehsalı zəifləyir, Türkiyədə isə əksinə

2012-ci ildə Türkiyə avtomobil bazarının mərkəzi ola bilər

Avropadakı borc böhranı avtomobil sektorunu çökdürməkdə davam edir. 
Simsar.az-ın məlumatına görə, PSA (Peugeot-Citroen) sonra “Ford” şirkətləri İspaniya və Fransadakı zavodlarından 4 minə yaxın işçi ixtisar etdiklərini açıqlayıb. “Renault” və “General Motors” şirkətləri də ixtisarlar aparacaqlarını bəyan ediblər.
Türkiyədə isə “Ford”, “Tofaş” və “Toyota” şirkətləri işci axtarırlar. 2011-ci ildə 4 min yeni işçi qəbul edildiyini bəyan edən Türkiyədəki avtomobil şirkətləri
gələn il qəbulların davam edəcəyini açıqlayıblar.

“Ford”un İspaniyanın Valensiya zavodunda çalışan 6 min 200 adamın 4 mini ixtisar olunub. PSA (Peugeot Citroen) qrupu da Fransadakı təsislərindən 4 min işçi çıxarıblar. “Renault” və “General Motors”un (GM) Fransa və İspaniyadakı zavodlarında ixtisarlar aparıldığı bəyan edilir. Avropada böhranın gələn il də davam eəcəyi bildirilir. Türkiyədə isə son 2 ildə həm istehsalda, həm daxili bazarda sürətlə inkişaf edən yerli avtomobil sənayesi məşğulluğun artmasına səbəb olub.

“Ford Otosan” 1 milyard avroluq sərmayə ilə 2 il içində 2 yeni model hazırlamaqla yanaşı, işçilərin sayını 1000-ə çatdırıb.
“Tofaş”, “Fiat”, “Peugeot” və “Citroen” “Opel” və “Vauxhall” yerli istehsalı artırmaqla bağlı, xarici ölkələrə avtomobil ixrac etmək niyyətindədi.

Yaponiyada baş verən zəlzələ və sunami fəlakətlərindən böhran keçirən “Toyota”nın çökməsi Avropada Türkiyə istehsalı olan avtomobillərə yaşıl işıq yandırır.
“Toyota” şirkəti keçən həftə Türkiyədə 150 milyon avroluq sərmayə altında “Corolla” markalı avtomobillərin istehsalına başlayacağını açıqlayıb. İlkin mərhələdə şirkət 400 işçi qəbul edəcək.

Türkiyədə istehsal gücünü artırmaq istəyən və 400 milyon avroluq sərmayə yatıran “Hyundai” il ərziəndə 200 min avtomobil istehsal etmək niyyətindədi.

Türkiyədə keçiriləcək avtomobil srgisində “Honda” 3 yeni model sərgiləyəcək. Gələcək nəsil hibrid model olan AC-X-in aerodinamika quruluşu və iki fərqli sürmə rejimi var.

“Mitsubishi” yeni hibrid crossover modelini və Colt-un yerini alacaq Mirage adlı yeni qlobal kiçik avtomobilini sərgiləyəcək.

“Nissan” sərgidə bir-birindən ayrı 4 təkərin hərəkət etdiyi “Pivo”nu tanıdacaq.

“Toyota” özünün “Prius C” markasını sərgiləyəcək.

RAMİL






28 Noyabr, 2011  18:09 Baxılıb: 1692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner