Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Funikulyor sökülür

Dağüstü park da yenidən qurulacaq

Bir müddət əvvəl çökmə təhlükəsi ilə üzləşən funikulyor 2012-ci ildə ölkəmizdə keçiriləcək olan "Avroviziya" mahnı yarışmasına görə təmir adı ilə bağlanmışdı.

Paytaxtda 41 ildir ki, fəaliyyət göstərən funikulyor bir neçə aydır ki, işləmir. Bu gün isə artıq funiklyorun söküntüsünə başlanılıb. İş icraçılarından musavat.com-a verilən mıəlumata görə funiklyor təmirdən sonra yeni görkəmdə olacaq. Onların sözlərinə görə funikulyorun binasi sökülüb tamamilə yenidən qurulacaq: “Bir neçə aydır ki, funikulyordan sərnişinlər istifadə edə bilmir. Buda əsaslı təmir-tikinti işləri ilə bağlıdır. Dekabrın sonuna kimi işlər yekunlaşacaq və funikulyor paytaxt sakinlərinin istifadəsinə veriləcək. Yeni görkəm qazanacaq olan funikulyorda sərnişinlərə yüksək dərəcədə xidmət göstəriləcək”.

Qeyd edək ki, funikulyorun tikintisi ilə paralel dağüstü parkın da yenidən qurulmasına başlanılıb. 

Nəzərinizə çatdıraq ki, Bakı funikulyoru bu ilin aprelində təmirə dayandırılıb. Amma təmir işlərinin yekunlaşmasına az qalmış təmirlə bağlı plan dəyişib.

İstismarda olan iki köhnə vaqon avqustun 4-də xətdən çıxarılaraq parka aparılıb.
Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov o zaman mətbuata açıqlamasında bildirmişdi ki, funikulyor tamamilə yənilənəcək: "Ola bilər ki, qiymətlər də dəyişildi. Amma onu deyə bilərəm ki, "Avroviziya"yadək funikulyor hazır olacaq".


Xatırladaq ki, Bakı funikulyoru 1960-ci il mayın 5-də istifadəyə verilib. 2 stansiyası var - Bəhram Gur heykəli və Şəhidlər Xiyabanı. Stansiyalar arası məsafə 455 metrdir. Bir stansiyadan digərinə 4 dəqiqəyə çatmaq olur. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpikdir.


Bəhram Gur heykəli yenə hasarlandı

Bakının “Azneft” meydanı yaxınlığındakı Bəhram Gur heykəli isə yenidən hasarlanıb. Səbəb isə heykəlin yenidən təmir olunması, parkın isə yenidən qurulması ilə bağlıdır. İş icraçılarının sözlərinə görə parkın ərazisi genişləndiriləcək. “Bəhram Gur heykəli köçürüləcəkmi?” sualımıza isə onların cavabı “bu barədə bizdə məlumat yoxdur” kimi oldu.


Qeyd edək ki, Bəhram Gur heykəli 47 il əvvəl hazırlanıb. Bakıda ilk heykəlli fəvvarə hesab olunan bu abidənin hündürlüyü 3,5 metrdir.

2007-ci ildə prezident İlham Əliyevin sərəncamına əsasən Bəhram Gurun heykəli üzərində və onun yerləşdiyi ərazidə yenidənqurma və bərpa işləri aparılıb.

musavat.com 






21 Noyabr, 2011  20:23 Baxılıb: 2142 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner