Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ERMƏNİSTAN QOYUNLARI AZƏRBAYCANDA

Grişa Bagiyan: “Qoyun ixracatını artırmışıq”

Ermənistandan Azərbaycana ət və ət məhsullarının gətirilməsi barədə bir müddət öncə mətbuatda məlumat edilib. Məlumatda bu ölkədən Gürcüstan vasitəsilə Azərbaycana ətlik cins sayılan diri heyvanların idxal olunduğu da əksini tapıb.

Son illər Ermənistanda qoyunçuluq sürətlə inkişaf etməyə başlayıb. Təkcə bu ilin ilk altı ayı ərzində Ermənistandan İranın Şərqi Azərbaycan əyalətinə 72 540 baş qoyun idxal olunub. Bunu İranın Şərqi Azərbaycan əyalətinin Baytarlıq İdarəsinin baş direktoru Behrad Zəndiyə deyib.

Zəndiyə bildirib ki, Ermənistandan qoyun idxalı quraqlıq nəticəsində Şərqi Azərbaycan əyalətində ətə olan təlabatı təmin etmək məqsədi ilə həyata keçirilib.

Ermənistandan xarici ölkələrə qoyun əti ixrac olunduğunu bu ölkənin rəsmi qurumları da təsdiqləyirlər.

Kənd təsərrüfanı naziri Grişa Bagiyan açıqlamasında qeyd edib ki, 2011-ci ildə 135 min baş qoyun ixrac edilib. Qoyunlar daha çox Gürcüstan və İrana ixrac edilib. Gürcüstana ixrac edilən qoyunların Azərbaycana ötürülmə ehtimalı kifayət qədərdi.

İxracatın artmasına baxmayaraq, ölkədə qoyunların sayı da durmadan artır. Keçən ilə müqayisədə qoyun və keçinin sayı 35 min artaraq 568 minə çatıb.
Bagiyan qarşıdakı illərdə Ermənistanda qoyun sayının 1.5 milyona çatacağını deyib.
Nazir ölkədə iri buynuzlu mal-qaranın da sayının artığını deyib.

Qeyd edək ki, Ermənistanda qoyun ətinə bir o qədər də təlabat yoxdu. Bu ölkədə qoyun ətinin qiyməti mal ətinin qiymətindən aşağıdı.

568 min baş qoyunu olan Ermənistanda il ərzində 135 min baş qoyun ixrac olunursa, Azərbaycanda təkcə Qurban bayramında 800 minə yaxın qoyun kəsilir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Azərbaycanda 7 milyon baş qoyun var.

RUSLAN






16 Noyabr, 2011  20:08 Baxılıb: 1956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner