Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanın Qarabağ üçün gedəcəyi kompamis nədən ibarətdi?

Araz Əzimov bu suala cavab verib

“Münaqişənin həlli naminə Azərbaycanın gedə biləcəyi kompromisli qərar Ermənistana hər hansı ərazinin verilməsini nəzərdə tutmur. Bu mənada iki icmanın birgə yaşayışı kompromis ola bilər”. Simsar.az-ın məlumatına görə, bu fikirləri Avstriyanın “Der Standard” nəşrinə müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. 

Araz Əzimov bildirib ki, Ermənistan rəsmilərinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə yaşayışının qeyri-mümkünlüyü haqda bəyanatları faşizmi xatırladır: “Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduğundan bu münaqişənin hərbi yolla həllini arzu etmir. Azərbaycan müharibə istəmir. Azərbaycan qüdrətli ordu qurur, amma münaqişənin siyasi çözümə əsaslanmasını istəyir”.

Xarici işlər nazirinin müavini ATƏT-in Minsk Qrupunun öz vasitəçilik missiyasında uğur əldə etmədiyini də etiraf edib: “Mən onların fəaliyyətində heç bir nəticə görmürəm. Münaqişənin həllinin uzanması yalnız Azərbaycan və Cənubi Qafqaz üçün deyil, habelə Avropa üçün də arzuedilməz fəsadlara gətirib çıxara bilər. Azərbaycanın cəlb olunduğu bu münaqişə Avropanın enerji təminatını ciddi təhdid edir”.






12 Noyabr, 2011  16:02 Baxılıb: 1258 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner