Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GENERALIN QARDAŞI OĞLU GÜLLƏ QABAĞINA NİYƏ GÖNDƏRİLİB?

Lənkəran Əliyevin şəhid qardaşı oğlu leytenant Emin Əliyev tək övlad olduğundan onun arxaya keçirilməsi üçün Səfər Əbiyevə müraciət edilsə də…

Başını qaldıran kimi snayperə tuş gəldi

Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun leytenantı Emin Elmar oğlu Əliyev
Dünən doğulduğu Gəncə rayonunda Şəhidlər Xiyabanında torpağa tapşırıldı. 1986-cı il təvəllüdlü E.Əliyev Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyevin qardaşı oğludur.
L.Əliyev qardaşı oğlunun şəhid olmasına münasibət bildirərək qeyd edib ki, E.Əliyevə müşahidə aparmaq üçün sektoru təmizləmək tapşırığı verilib: «Bu tapşırığı dəqiqləşdirmək üçün bir az qabağa çıxıb, səngərdən yuxarı başını qaldırıb, qaldıran kimi də əks tərəfdən snayper gülləsinə tuş gəlib".

General: “Emin evin tək oğlu idi, bu fakt gərək nəzərə alınaydı”

Ali Hərbi məktəbin məzunu olan E.Əliyev evin tək övladı. Ön xətdə cəmi bir neçə aydır xidmətə başlayan leytenantın əmisi qardaşı oğlunun ölümündə Müdafiə Nazirliyinin rəhbərliyini ittiham edib.
Düzdür, general qardaşı oğlunun bu şərəfli peşədə həyatını itirməsindən həm qürur, həm də hüznlə danışıb: “Az da olsa, şərəfli xidmətini edib və torpağını qorumaq üçün, Vətən naminə canını verib. Emin evin tək oğlu idi, bu fakt gərək nəzərə alınaydı. Bizim nəslimizin davamçısı o idi. Artıq bu nəsil davamçısız qaldı. Bildiyimə görə, Emin özünü qabağa verərək, əsgərlərini qoruyub. Bu zaman düşmənin snayper gülləsinə tuş gəlib, Vətən uğrunda şəhid olub. Bununla yalnız qürur duya bilərik".


Xüsusi təlimata görə evin tək oğulları səngərə göndərilmir


L.Əliyevin sözlərinə görə, Müdafiə Nazirliyinin xüsusi təlimatına əsasən evin tək övladları səngərə çıxarılmır və onlar arxa cəbhədə xidmət edirlər: «Bunu Eminin qardaşım oğlu olduğu üçün demirəm. Tək övlad olduğunu nəzərə alaraq Eminin arxa cəbhəyə göndərilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət olunmuşdu. Amma nəticəsiz qalmışdı. Biz gənc zabitləri 6 ay öyrədib sonra cəbhə bölgəsinə göndərirdik ki, daha məlumatlı, hazırlıqlı olsunlar. Amma Beyləqan Korpusu Emini daha tez döyüş bölgəsinə göndərib».

Səfər Əbiyevlə Lənkəran Əliyevin münasibətləri pis olub


E.Əliyevin qəsdən döyüş bölgəsinə göndərildiyini deyə bilmərik. Amma faktdır ki, mərhumun general əmisilə müdafiə naziri Səfər Əbiyevin münasibətləri son illə rəvan olmayıb.
Nazirliyin Təlim Tədris Mərkəzinin rəhbəri olmuş L.Əliyev S.Əbiyev tərəfindən vəzifəsindən azad edilərək Silahlı Qüvvələrin Akademiyasına müəllim göndərildi. Bir çoxları bunu L.Əliyevin «vurulması» kimi qiymətləndirdi.

Qeyd edək ki, son illər orduda şəhid olanlar əsasən kasıbların övladlarıdır. Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunanların, generalların övladlarının və ya qohumlarının cəbhə bölgəsində xidmət etməməsi mətbuatda dəfələrlə tənqid olunub.
Bu mənada general mayor L.Əliyevin rütbəcə leytenant olan qardaşı oğlunun cəbhədə xidmət etməsi və düşmən gülləsinə tuş gəlməsi təəccüblə qarşılandı.

Bunu S.Əbiyevin L.Əliyevdən qisas alması kimi qiymətləndirmək üçün əlimizdə heç bir dəlil yoxdur. Amma nədən tək övlad olduğu halda E.Əliyev cəbhə bölgəsinə göndərilib? Onun arxa cəbhəyə keçirilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyinə edilən müraciətə müsbət cavab verilməməsi də maraqlı görünür.


MN-in mövqeyi: “Evin tək övladlarının arxa cəbhədə qulluq etməsilə bağlı qanunvericilikdə heç bir maddə yoxdur”


Simsar.az saytı qaranlıq məqamlara Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevlə aydınlıq gətirməyə çalışıb. O, belə deyib: “Evin tək övladlarının arxa cəbhədə qulluq etməsilə bağlı qanunvericilikdə heç bir maddə yoxdur. Nə zabit, nə də əskərlər üçün belə hüquqi güzəşt qüvvəyə minməyib. Belə çıxır ki, Vətən çoxuşaqlılar üçündür? Sadəcə, hümanizm prinsipinə uyğun olaraq hərbi hissə komandirləri ailənin tək övladlarını, şəhid övladlarını ön cəbhəyə göndərməyə bilərlər».



Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü: “Şəcərənin, soyadın, soyun saxlanması naminə evin tək oğlu üçün dövlət fərqli qərarlar tətbiq edə bilər”





Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, yaxın keçmişdə ailənin tək oğul övladının orduya aparılmaması ilə bağlı hüquqi güzəşt olub: «Başlıca hədəf bu ailələrin gələcək genefondunun məhv olmaması, şəcərə sonluğunun davam etdirilməsi idi. Lakin sonrakı dönəmdə reallıqda bir çox problem ortaya çıxdı. Bundan sui-istifadə halları yarandı».
Z.Oruc hesab edir ki, Müdafiə Nazirliyi daxili əmr verməklə, yaxud xüsusi qərarlar, təlimatlar imzalamaqla tək övlad, şəhid ailəsindən olan oğlanların hərbi xidmət keçmə məsələsini tənzimləyə bilər: “Ola bilər ki, belə ailələrdən gələn oğlanlar ilk dövr hərbi xidmət zamanı ön cəbhəyə çəkilməsinlər. Hesab edirəm ki, belə insanların şəcərəsinin, soyadının, soyunun saxlanması naminə dövlət fərqli qərarlar tətbiq edə bilər”.

RUSLAN






5 Noyabr, 2011  15:44 Baxılıb: 1616 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner