Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Çempionlar Liqasının növbəti mərhələsində nələr oldu?

Demək olar ki, möcüzə yaşanmadı

Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, A, B, C və D qruplarında 8 qarşılaşma baş tutub.
A qrupunda uğursuz mövsüm keçirən "Vilyarreal" "Mançester Siti"ni qəbul edib. İspaniya klubu bu dəfə də xala həsrət qalıb və ingilislər 3:0 hesablı qələbə qazanıb. Qrupun digər oyununda "Bavariya" "Napoli"ni qəbul edib. Almaniya klubu 3:2 hesablı qələbəyə sevinib.
Bununla da "Bavariya" 10 xalla liderliyi ələ alıb. 2-ci pillədəki "Mançester Siti"nin 7, "Napoli"nin isə 5 xalı var. Sonuncu pillədə qərarlaşan "Napoli" (5 xal) Çempionlar Liqasında mərhələ adlamaq şansını itirib. İspaniya klubunun indi yalnız Avropa Liqasına düşmək şansı qalıb ki, bu da mümkün görünmür. Bunun üçün "Napoli" qarşıdakı iki turda uduzmalı, "Vilyarreal" isə qələbə qazanmalıdı.

B qrupunda "İnter" "Lill"i qəbul edib. "Milan" klubu ev oyununda 2:1 hesablı qələbə qazanıb. "Trabzonspor" səfərdə yenildiyi ÇSKA-nı evdə qəbul edib. Oyunda hesab açılmayıb.
1-ci pillədə qərarlaşan "İnter"in 9 xalı var. Onu izləyən ÇSKA və "Trabzonspor" 5 xal toplayıb. "Lill"in isə aktivində cəmi iki xal var. Bu qrupda vəsiqələrin taleyinə qarşıdakı turlarda aydınlıq gələcək.

C qrupunda lider "Benfika" "Bazel"i qəbul edib. Oyunda iki qol vurulub və komandalar hərəyə bir xal qazanıb. Qrupun digər oyununda "Mançester Yunayted"lə "Otelul" "Old Traford"da qarşılaşıb. "Qırmızı şeytanlar" iki cavabsız qolla qələbəni bayram edib.
Qrup liderləri - "Mançester Yunayted" və "Benfika"nın aktivində 8 xal var. Onları izləyən "Bazel" 5 xal toplayıb. "Otelul" isə xal qazana bilməyib. Bu qrupda da vəsiqələrin taleyinə qarşıdakı turlarda aydınlıq gələcək.

D qrupunda "Real" bir vaxtlar onun üçün qorxulu kabusa çevirilən Lion "Olimpik"inin qonağı olub. Ev oyununda prinsipial rəqibini 4:0 hesabı ilə yenən "Real" səfərdə də qələbə qazanıb - 2:0. Hər iki qola Kriştiano Ronaldo imza atıb. Bununla da o, "Real"dakı 100-cü qolunu vurub.
Qrupun digər oyununda "Ayaks" Zaqreb "Dinamo"sunu qəbul edib. "Neftçi"ni Çempionlar Liqasında mübarizədən kənarlaşdıran Zaqreb klubu yenə xala həsrət qalıb. "Ayaks" böyükhesablı qələbə qazanıb - 4:0.
Xal hesabını 12-yə çatdıran "Real" növbəti mərhələyə vəsiqəni təmin edib. Qrup liderliyini təmin etmək üçün qarşıdakı iki turda "Kral Klubu"na 1 xal bəs edəcək. 7 xalı olan "Ayaks" 2-ci, 4 xalı olan "Olimpik" isə 3-cü pillədə qərarlaşıb. Növbəti mərhələyə və Avropa Liqasına vəsiqələr bu iki komanda arasında bölünəcək. "Dinamo" isə 4 turda nə xal qazanıb, nə də qol vurub.






3 Noyabr, 2011  15:16 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner