Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Müstəqilliyə həsr edilən at yarışının qalibi bilindi

Camal Rəhimov 156 min manatın sahibi oldu

Azərbaycanda Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən, ölkəmizin müstəqilliyinin 20 illiyinə həsr olunmuş CSİ-3* kateqoriyalı Beynəlxalq Atçılıq turnirinə yekun vurulub.

ARAF-ın mətbuat xidmətinin rəhbəri Fəxri Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Olimpiya Oyunlarına lisenziya xalları verən turnirin son günü Qran pri yarışlarının keçirilməsi ilə əlamətdar olub. Beynəlxaq Turnirdə Azərbaycanlı çaparlarla yanaşı, Gürcüstan, Fransa, Hollandiya, Ukrayna, Qazaxıstan, Rusiya və Polşadan olan idmançılar da iştrak ediblər.

Azərbaycan bu yarışa 7 at və 4 idmançı ilə qatılıb. Polşa, Gürcüstan və Fransa 2 at 1 idmançı, Qazaxıstan və Türkiyə isə hərəyə 1 at və 1 idmançı ilə nəyə qadir olduqlarını nümaiş etdirib. Ümumi mükafat fondu 156 min dollar olan yarışın son günü çaparlar 78 min ABŞ dolları uğrunda mübarizə aparıblar.

Turnirin qalibi adını həmyerlimiz Camal Rəhimov qazanıb. O, “Platin” ləqəbli atla bütün rəqiblərini qabaqlamağı bacarıb. İkinci pilləni “Kalinka MNM” ləqəbli atla polşalı Aleksandra Lusina tutub. Digər həmyerlimiz Hikmət Musayev isə “Light Limerik” ləqəbli atla Qran Pri yarışlarının üçüncüsü olub.






1 Noyabr, 2011  22:22 Baxılıb: 921 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner