Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərkeş futbolçunu yumruqla vurdu-VİDEO

Azərkeşi yerdə təpiklədilər

Rumıniya çempionatının XII turunun “Petrolul” – “Styaua” matçı qonaq komandanın 2 futbolçusunun fanatların davranışı üzündən xəsarət alması nəticəsində yarımçıq dayandırılıb. Lent.az-ın məlumatına görə, hadisə 44-cü dəqiqədə meydan sahiblərinin qapısına təyin olunmuş penalti yerinə yetirilərkən baş verib.

Mərkəz dairədə təkcə dayanan qonaq klubun müdafiəçisi Corce Qalamaza “Petrolul” fanatı arxadan qaça-qaça yaxınlaşaraq, sifətinə zərbə endirib və sifətinə tüpürüb. Oyunçu yerə yıxılıb, hücum edən isə digər futbolçuların üzərinə cumub. Xuliqanı “Styaua”nın serbiyalı müdafiəçisi Novak Martinoviç sinə zərbəsi ilə saxlayıb. Ardından Martinoviç fanatın sifətinə təpik atıb. Digər oyunçular və mühafizəçilər də hadisə yerinə özlərini çatdırıblar. Baş hakim Martinoviçi və azarkeşdən qisas məqsədilə təpik zərbəsi endirən qapıçı Rezvan Stankunu meydançadan qovub. Oyun 7 dəqiqəliyə dayandırılıb. Penalti dəqiq yerinə yetirilib. Bu zaman tribunadan atılan tüstü şaşkası “Styaua”nın oyuna sonradan daxil olan qapıçısı Çiprian Teteruşanuya dəyib. Nəticədə hakim oyunu dayandırıb. Bu zaman qonaqlar 2:0 hesabı ilə öndə olublar.

Qalamazın almacıq sümüyünün sındığı, eşitmə ilə bağlı probleminin yarandığı, Teteruşanunun kiçik yanıqla kifayətləndiyi müəyyənləşib. Oyun zamanı çaxnaşmalarla əlaqədar “Petrolul”a texniki məğlubiyyət veriləcək, stadionu isə uzunmüddətli diskvalifikasiya gözləyir.

 






1 Noyabr, 2011  16:23 Baxılıb: 1182 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner