Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan futbolunda nələr yaşandı?

"Qarabağ" qələbə qazandı

“Sumqayıt Şəhər” çempionatda ilk qələbəsini qazanıb. “Gənclik şəhəri” təmsilçisi AZAL-ı məğlubiyyətə uğradıb. Beləliklə, “təyyarəçilər” ardıcıl 7-ci tur qələbəyə həsrət qalıb. Bu turların 4-də isə baş məşqçi Elxan Abdullayevin komandası məğlubiyyətlə üzləşib. 11 tur ərzində cəmi 10 xal toplayan AZAL 11-ci pilləyə enib.

“Rəvan” isə 6 turdan sonra “İnter”lə matçda uduzub. Səfərdə qələbəyə nail olan baş məşqçi Kaxaber Tsxadadzenin komandası məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb. Beləliklə, “İnter” “Xəzər Lənkəran” və “Neftçi”nin ardından ilk dövrəni 3-cü pillədə başa vurub.

28 oktyabr (cümə)
“Qarabağ” (Ağdam) – “Bakı” – 2:1
Qollar: Admir Teli, 7. Rəşad Sadiqov, 48 - Maris Verpakovskis, 36

“Xəzər Lənkəran” – “Kəpəz” (Gəncə) – 1:0
Qol: Deyan Rusiç, 34

29 oktyabr (şənbə)

“Qəbələ” – “Simurq” (Zaqatala) – 0:2
Qollar: Yevgeni Şmakov, 40. Robertas Poşkus, 59

“Neftçi” (Bakı) – “Turan” (Tovuz) – 1:0
Qol: Bahodir Nasimov, 90
İstifadə olunmamış penalti: Flavio Aleks Valensio, 40

30 oktyabr (bazar)

“Sumqayıt Şəhər” – AZAL (Bakı) – 2:1
Qollar: Samir Abdulov, 5. Eldar Məmmədov, 33 - Tales Şütz, 70

“Rəvan” (Bakı) – “İnter” (Bakı) – 1:2
Qollar: Ekrem Hodziç, 90+1 - Elnur Abdulov, 13. İlia Kandelaki, 44
İstifadə olunmamış penalti: Con Pelu, 88






31 Oktyabr, 2011  15:47 Baxılıb: 955 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner