Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Son dəqiqə qolu "Neftçi"yə 3 xal qazandırdı

Matç paytaxt təmsilçisinin “Turan” üzərində minimal hesablı qələbəsi ilə başa çatıb

Unibank Premyer Liqasının XI turunda “Neftçi” “Dalğa Arena”da “Tovuzun Turan” klubunu qəbul edib. ANS PRESS-in Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, maraqlı idman mübarizəsində keçən qarşılşama paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Oyundan sonra “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev bildirib ki, “Turan” hələ onun istədiyi səviyyədə oyun nümayiş etdirmir: “Bu da məşqləri tam keçə bilməməyimizlə əlaqədardır. Bütün problemlərimiz həll olunmaq üzrədir. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm”.

Bu matçda qalib gəlmiş “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev isə bildirib ki, klub bir həftə ərzində üçüncü ağır oyuna çıxıb: “Bu ağır oyunlardan sonra “Turan”la gorüşdük. “Turan” bizə layiqli müqavimət göstərdi”.

B. Hacıyevin sözlərinə görə, müdafiə oyunu nümayiş etdirən komandaya qarşı oynamaq çox çətindir: “Çoxlu qol imkanlarımız oldu. Amma imkanlardan yararlana bilmədik. Penaltidən də istifadə edə bilmədik. Futbolda belə məqamlar da olur. Biz ancaq irəliyə baxırıq”.






29 Oktyabr, 2011  23:29 Baxılıb: 1004 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner