Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Makkeyn: "Mister Putin, Qəddafinin ölümü sizi narahat etməlidir"

Okeanın o tayından Rusiya rəhbərliyinə ciddi mesajlar gəlməkdədir

Amerikalı senator Con Makkeyn növbəti dəfə Rusiya ilə Liviyanı müqayisə edib. Konkret olaraq o bəyan edib ki, Müəmmar Qəddafinin qətlə yetirilməsi Rusiya baş naziri Vladimir Putini narahat etməlidir.

“Bütün ölkələrin diktatorları, o cümlədən Bəşər Əsəd, eləcə də ola bilsin ki, mister Putin, habelə Çinin bəzi rəsmiləri narahatlıq keçirməlidir”, - deyə BBC telekanalının “Newsnight” proqramının efirində Makkeyn bildirib.

Aparıcının “Sizcə, Qəddafinin ölümü Rusiyada təlatümlərə səbəb ola bilərmi?” sualına cavab olaraq Makkeyn bunları deyib: “Düşünürəm ki, insanlar küçəyə çıxa bilər, bu mümkündür. Lakin öncədən nəsə deyə bilmərəm”.

Amerikalı senator həmçinin əminliklə bildirib ki, Liviya xalqı Tehran, Dəməşq, hətta Pekin və Moskvada yaşayan insanlara ilham verib.






22 Oktyabr, 2011  01:21 Baxılıb: 1119 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner