Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

UEFA-dan siqaretə qadağa

Qadağa Avropa çempionatında qüvvəyə minəcək

UEFA gələn il Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatı öncəsi vacib qərar qəbul edib. Qol.Az-ın məlumatına görə, ali futbol qurumu final mərhələsinin oyunlarını qəbul edəcək stadionlarda tütün məmulatlarının satışı və reklamını qadağan edib.

UEFA-nın bu proqramı Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Ürək Federasiyası və təşkilatçı ölkələrin yerli komitələri ilə birgə həyata keçiriləcək. Futbol qurumunun bu qərarı bütün dünya ölkələrinin azarkeşləri üçün ciddi siqnaldır. Gələcəkdə bütün turnirlərdə tütün məmulatlarından istifadə qadağan olunacaq.

Vacib qərarla bağlı təəssüratlarını bölüşən UEFA prezidenti Mişel Platini isə bunları dilə gətirib: “Avropa çempionatının siqaretdən azad olması azarkeşlərin və turnir iştirakçılarının sağlamlığına qulluq edir. Biz Avro-2012 üçün sağlam həyat, təhlükəsizlik və rahatlıq prinsiplərini dəstəkləyirik. Tütün isə bura aid deyil”.






20 Oktyabr, 2011  20:11 Baxılıb: 876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner