Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

VOLEYBOLÇU QIZLARIMIZ DÜNYA ÇEMPİONU OLDU

Rabitə qisasını aldı

Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçular arasında Dünya çempionatına yekun vurulub. Simsar.az xəbər verir ki, bu gün turnirin həlledici oyunları keçirilib.
Əvvəlcə üçüncü yer uğrunda oyun keçirilib. Meydana "Rabitə"nin mübarizədən kənarlaşdırdığı Dominikan Respublikasının "Mirador" və "Vakıfbank Türk Telekom"un udduğu Braziliyanın "Sollis Nestle" klubları çıxıb. Braziliyalılar rəqibini 3:0 hesabı ilə yenərək, bürünc mükafata sahabi çıxıblar.
Möhtəşəm türk finalında isə Azərbaycanın "Rabitə" və Türkiyənin "Vakıfbank Türk Telekom" klubları qarşılaşıb. Komandamız bu oyunda rəqibinə sözün əsl mənasında divan tutub. "Rabitə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda voleybolçularımız qazandıqları 75 xalın qarşılığında rəqibə cəmi 41 xal verib. Belə ki, ilk setdə 25:15, ardınca 25:18 hesablı qələbə qazanan "Rabitə" sonuncu setdə Anadolu təmsilçisinə göz açmata imkan verməyib - 25:8.
Bununla da "Rabitə" Azərbaycan voleybolu tarixində ilk dəfə dünya çempionu titulunu qazanan klub olub. Bakı təmsilçisi həmçinin ötən mövsüm Çempionlar Liqasının finalında uduzduğu komandadan intiqamını alıb.

Qətər
Dünya çempionatı
14 oktyabr

III yer uğrunda
Sollis Nestle (Braziliya) - Mirador (Dominikan Respublikası) 3:0 (25:9, 25:13, 25:8)

Final
Rabitə (Azərbaycan) - Vakıfbank Türk Telekom (Türkiyə) 3:0 (25:15, 25:18, 25:8)






15 Oktyabr, 2011  14:14 Baxılıb: 1101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner