Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Arı zəhəri xərçəngi sağalda bilər

Türk alimlər dünyanı heyrətə sala bilər 

Türkiyə Cümhuriyyəti Pamukkale Universitetinin (PAÜ), Biologiya fakültəsində aparılan araşdırmada, Anadolu irqinə məxsus arıların zəhərinin bəzi növ xərçəng hüceyrələrinin ölümünə səbəb olduğu təsdiqini tapıb.

Simsar.az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, doktor Şövqü Aslan deyib ki, “Anadolu irqi arı zəhərinin xərçəng hüceyrələri üzərindəki təsiri" mövzulu dissertasiyası üzərində Pamukkale Universitetinin Biologiya fakültəsinin kafedra müdiri professor Ələddin Şənin liderliyi və 4 tələbəsi ilə birlikdə təxminən 1 ildir iş gedir.

Araşdırmanı xüsusilə Anadolu irqinə məxsus arılar üzərində apardıqlarını deyən Aslan belə danışıb: "Zəhərin tərkibinin digərlərindən fərqli olduğuna inandığımız üçün Anadolu irqini seçdik. Arıları Dənizlidə olan arıçılardan aldıq. Əvvəlcə arıları yatırtdıq və kisələrini bir maqqaşın köməyiylə yığdıq. Daha sonra bu zəhərli kisələri xüsusi bir maddə içərisində həll etdik və dondurma texnikasıyla əvvəl 80 dərəcədə yarım saat, daha sonra 37 dərəcədə yarım saat saxlayaraq partlatdıq."

Aslan, bu əməliyyatla birlikdə kisələrdəki bütün zəhərin solüsyon maddəsinə çebrildiyini bildirib: "Solüsyonun xüsusiyyəti, arı zəhərinin içərisindəki maddəni qorumaq və zərər görməsinin qarşısını almaqdır. Bu arı zəhərinin bioloji fəaliyyətini də qorumağa kömək edir. Ardından arı zəhərlərini, 3 ayrı xərçəng xəttinə tətbiq edərək xərçəng hüceyrələrini öldürüb öldürmədiyinə baxdıq. Bunun üçün müxtəlif dozalarda arı zəhərini xərçəng hüceyrələrinə verdik. Bunların bir dənəsi qaraciyər xərçəng hüceyrəsi, digərləri kolon xərçəngi və qan xərçəngi hüceyrələri idi. Sonucda xərçəng hüceyrə xəttlərində 11 genin ifadə səviyyələrinin dəyişdiyini müşahidə etdik. Anadolu irqi arı zəhərinin çox aşağı dozalarda belə proqramlaşdırılmış hüceyrə ölümünü artıraraq bu hüceyrələrin ölümünə səbəb olduğunu gördük. Anadolu irqi arı zəhərinin kolon, qaraciyər və qan xərçəngi xəstələrinin müalicəsində istifadə edilə biləcəyini düşünürük."

Şövqü Aslan, araşdırmaları haqqında məlumatları Avropa Biokimya Dərnəkləri Federasiyasının İtalyanın Torino şəhərində təşkil etdiyi konqreslərdə 2 məlumat ilə təqdim etdiklərini, tezislərin böyük maraq çəkdiyini söyləyib.






4 Oktyabr, 2011  15:19 Baxılıb: 2012 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner