Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MƏKTƏBLƏRDƏ DİNİN TƏDRİSİNƏ EHTİYAC VARMI?

Fikirlər haçalanır

Şeyx belə dedi


Azərbaycandakı orta məktəblərdə din dərslərin tədrisi son dövrlər aktuallaşıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri məsələnin aktuallığını vurğulayaraq dövləti bu sahədə konkret addımlar atmağa səsləyiblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bir müddət öncə tələbələrin önündə çıxış edərkən bildirib ki, gec-tez orta məktəblərdə dinin tarixi, fəlsəfəsi tədris olunacaq.

QMİ sədrinin sözlərinə görə, insanların dini təhsil alması o demək deyil ki, onlar gələcəkdə molla olacaqlar.
Şeyx həmçinin bildirib ki, Bakı İslam Universitetinə lisenziya verilib."Burada təhsil alanlara diplom veriləcək: “Həmin diplomu dövlət verəcək və həmin şəxslər dövlətdə işlə təmin olunacaqlar".

QMİ sədrinin müavini Hacı Sabir Həsənli bu günlərdə jurnalistlərə açıqlamasında bildirib ki, orta məktəb proqramlarına dinlə bağlı fənnin daxil edilməsi çox xeyirli olardı. O, fikrini əsaslandırmaq üçün Rusiyanı misal çəkib: “Rusiyanın 19 vilayətində orta məktəblərdə din dərsləri keçirilir, bu fənni tədris etmək üçün kadrlar hazırlanır. Bakı məktəblərindən birində də belə bir eksperiment keçirmək olar. Görək necə effekt verəcək. Hesab edirəm ki, belə dərslər faydalı ola bilər. Başqa ölkələrdə də belə addımlar atılır. Düşünürəm ki, Azərbaycan gec-tez bu istiqamətdə addım atacaq”.
Hacı Sabir deyib ki, söhbət məktəblərdə namaz qılmaqdan deyil, uşaqlara din haqqında ümumi məlumat verməkdən, təkcə islam dini deyil, digər dini cərəyanlar barədə məlumatlandırmaqdan gedir.

Hidayət Orucov razı deyil

Dini Qurumlarla İş üzrə Dövlət Komittəsinin rəhbəri Hidayət Orucov orta məktəblərdə dinin tədrisilə bağlı məsələlərə münasibət olaraq bildirib ki, bu təklifi irəli sürənlər Konstitutsiyaya diqqət yetirməlidilər: «Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır. Azərbaycan dünyəvi dövlətdir və şəriət qanunları ilə idarə olunmur. Bu baxımdan orta məktəblərdə şəriət fənninin tədrisindən söhbət gedə bilməz. Amma bununla yanaşı, qanunvericilikdə göstərilir ki, dini-idraki, dini-fəlsəfi, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Artıq bu məsələ də öz həllini tapıb. Çünki orta təhsil məktəblərinin ibtidai siniflərində “Həyat bilgisi” adlı fənn tədris olunur və onun vasitəsilə şagirdlərə dinin əsasları, sadə dini bilgilər öyrədilir. Bu fənn vasitəsilə dini bilgilər dünyəvi tədris metodikasına əsaslanaraq pedaqoji ixtisaslı müəllimlər tərəfindən verilir. Bundan başqa, Azərbaycanda vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyatı öyrənə və dini təhsil ala bilərlər. Bununla bağlı müxtəlif orta ixtisas və ali dini tədris ocaqları fəaliyyət göstərir».

Nümunələr

Qeyd edək ki, bir çox ölkələrin orta məktəblərində din ayrıca fənn kimi tədris olunur. Məsələn, Türkiyənin orta məktəblərində «Din kültürü və əxlaq bilgisi» adlı fənn tədris olunur ki, orada bütün dinlər haqqında məlumat əksini tapıb.

Orta məktəblərdə dinin əsaslarınin tədrisilə bağlı iki ciddi problem var. Siyasi-hüquqi və texniki. Azərbaycan dövləti, eləcə də, hakimiyyəti dünyəviliyin tərəfdarıdır, Avropaya inteqrasiya hakim siyasi kursun əsasını təşkil edir.

Texniki problemə gəldikdə isə burada din tədrisilə bağlı proqramın hazırlanması, pedaqoqların olmaması daxildir.
Bildirək ki, Respublika Dini Araştırmalar Mərkəzi, tanınmış islamşünas, prof. Vasim Məmmədəliyevin rəhbərliyi altında aparıcı mütəxəssislərin iştirakı ilə orta məktəblərin 5 və 6-cı sinifləri üçün nəzərdə tutulmuş "Biz İslamı öyrənirik" kitabını nəşr etdirib. Adı çəkilən kitab 1998-ci ilin yanvarında Respublika Təhsil Nazirliyinin Elmi-Pedaqoji Şurasında müzakirə olunaraq məktəblilər üçün əlavə oxu vəsaiti kimi tövsiyyə olunub.

Niyə olar, niyə olmaz?..

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bizimlə söhbətində bildirdi ki, orta məktəblərdə dinin tədrisi çətin məsələdi: «19-cü əsrin sonu 20-ci əsrin əvvəllərində çar Rusiyasında şəriət elmləri tədris olunub. Qori Müəllimlər seminariyasında dinr fənlər olub. Sovet imperiyası qurulandan, həm də elm inkişaf edəndən sonra dini fənlərin mövqeləri zəiflədi. Amma son illər təhlükəli dini təriqətlərin ortaya çıxması orta məktəblərdə dinin tədrisi məsələsini aktuallaşdırıb. Yanaşmalar isə əsassızdır. Orta məktəb elm ocağıdır. Elmdə maarifləndirmə də kifayət qədərdir. Düşünürəm ki, din tarixini şagirdlərə ətraflı tədris etməyə ehtiyac yoxdur. Hansısa fənnin daxilində bir-iki saatlıq dərs kimi tədris etmək olar. Amma il boyu bunu proqrama salmaq düzgün deyil. Onsuz da şagirdlərimiz həddindən artıq yüklənib. Hər kəs öz sahəsinə aid olan fənləri orta məktəb proqramına salmaq istəyir. Qatı müsəlman olan kəs şagirdə xristianlığın, buddistliyin, sionistliyin tarixi və fəlsəfəsi barədə məlumat verəcəkmi? Biz hardan müəyyənləşdirə bilərik ki, dərs deyən şəxs hansısa dini təriqətin fəal üzvü deyil? Yəni belə problemlər var. Dinin tarixi, fəlsəfəsi tədris olunmalıdır. Bunu tarix, ədəbiyyət dərsliklərinə əlavə kimi də etmək olar».

Bütün dinlər barəsində eyni dərəcədə bilgi


«Mənəvi Dünya» İctimai Birliyinin sədri Hacı Şahin Həsənli orta məktəblərdə dinin tədris olunmasına müsbət yanaşır: «Şagirdlərə bütün dinlər haqqında eyni dərəcədə məlumat verilməlidir. Dini cəhətdən savadlanan şagird gələcəkdə təhlükəli dini təriqətlərə meyl etməz. Radikallığın, mənəvi boşluğun qarşısının alınması yalnız dinin insanlara elmi cəhətdən izah olunmasından keçir».

Vacibdir

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov orta məktəblərdə dinin tədrisini
vacib sayır: «Düzdür, ölkədə din mütəxəssislərin sayı kifayət qədər deyil. Əgər tədris olunacaqsa, bütün dinlər barədə şagirdlərə məlumat verilməlidir, tarixləri öyrədilməlidir. Dinin tədrisi həm də gəncləri zərərli vərdişlərdən qoruyar. Bu gün gənclərin mənəviyyatında çox ciddi boşluq var və bunun da kökü orta məktəblərə gedib çıxır».

Ruslan Xəlil










30 Sentyabr, 2011  20:11 Baxılıb: 1660 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner