Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TƏHSİL NAZİRİ OLMAĞA HANSI LAYİQDİR? - SİYAHI

Hamlet İsaxanlı, Səlahəddin Xəlilov, Nərgiz Paşayeva, Rafiq Əliyev, Abel Məhərrəmov, Məleykə Abbaszadə...

Azərbaycan təhsilinin keyfiyyətində ciddi problemlərin olduğu dəfələrlə vurğulanıb. Xüsusilə də, orta təhsil məktəblərində şagirdlərin bilik səviyyəsinin aşağı olması rəsmilər tərəfindən də təsdiqlənib. Təhsil sisteminin nə vəziyyətdə olduğunu əyani şəkildə görmək üçün birinci sinfə qədəm basmaq kifayətdir. Bura təhsil sahəsindəki rüşvətxorluq, intizamsızlıq, savadsızlıq və ayrı-seçkilik nərdivanının ilk pilləsidir. Bu pillədən başlayan neqativ hallar bütün strukturları əhatə etməklə nazirliyə qədər yüksəlir.

Valideynlər uzun illərdi ölkə rəhbərliyinin təhsil sahəsindəki probleimləri etiraf edəcəyini, Təhsil Nazirliyində köklü islahatların aparılması barədə göstəriş verəcəyini gözləyirdilər. Gözləntilər arasında nazir Misir Mərdənovun da vəzifəsindən azad edilməsi faktoru olub.

Bu il yeni dərs ilinin başlanğıcında prezidentin sərəncamı ilə təhsil nazirnin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynovanın işdən çıxarıldı.


Prezidentin sərəncamından az öncə nazir Misir Mərdanov postundan getməyə hazır olduğuna işarə vurmuşdu: «Heç kəs vəzifəsində əbədi deyil və vəzifədən getməyi faciə hesab etməməlidir. Əsas odur ki, vəzifədən şərəflə gedəsən. Vəzifə heç kəsin adına daimi yazılmayıb. Hamı bu işə hazır olmalıdır. Heç kəs hesab etməməlidir, o cümlədən mən də hesab etmirəm ki, əvəzolunmaz adamam. Azərbaycanda məndən də bacarıqlı, bilikli, səriştəli kifayət qədər adam var».

Xatırladaq ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Təhsil Nazairliyində ciddi yoxlamalar aparır. Prezidentin göstiərişi ilə məktəblərin tkintisində və təmirindəki korrupsiya əməliyyatları araşdırılır.
Diqqətçəkən məqamlardan biri də odur ki, son həftələrdə prezdent iş qarfikində yeni tikilən məktəblərə və uşaq bağçalarına geniş zaman ayırır. Dövlət başçısı təmir-tikinti işləri ilə şəxsən maraqlanır, amma bu zama onu təhsil naziri Misir Mərdanov yox, Bakı meri Hacıbala Abutalıbov müşayət edir.


Əldə etdiyimiz məlumatlara görə, M.Mərdanovun əmri hazırdır, sadəcə onu əvəzləyəcək şəxs barədə müzakirələr aparılır.

Bəs ekspertlər təhsil naziri postuna ən layiqli namizəd olaraq kimi görürlər?

Bakı şəhər Baş Təhsil İdarəsinin strateji təhlil və planlaşdırma sektorunun sabiq müdiri Nadir İsrafilov bununla bağlı mətbuata açıqlamasında bildirib ki, indiki vəziyyətdə islahat aparmaq gücünə malik olan nativ namizədlər çox azdır: «Təhsil sektorunda çalışan məmurlara diqqət yetirsək hamsının sahədə axsamalar var. Mən şəxsən islahat aparmaq gücünə malik namizəd görmürəm».
N.İsrafilov hazırda təhsil naziri vəzifəsi ilə bağlı bir çox namizədlərin adının çəkildiyini vurğuladı: «Bu posta irəli sürülən namizədlər arasında TQDK sədri Məlyekə Abbaszadənin, Bakı şəhər Baş Təhsil İdarəsinin rəhbəri Nailə Rzaquliyevanın, BDU-nun rektoru Abel Məhərrəmovun, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin adları çəkilir. Bu məsələ bilavasitə dövlət başçısından asılıdır».

Keçmiş təhsil naziri Firudin Cəlilov Simsar.az-a açıqlamasında qeyd etdi ki, o, nazir postuna layiq şəxs adı çəkməkdə çətinlik çəkir: «Özüm təhsil naziri olmuşam. Düşünə bilərəm ki, elə ən layiqlisi özüməm. Bu mənada nazir postuna real namizəd adı çəkmək mənə yaraşmaz»


XXI əsri Təhsil Mərkəzinin sədri Etibar Əliyevə görə, Azərbaycanda təhsil sistemini bilən xeyli sayda kadrlar mövcuddur. Amma indiki durumda vəziyyət çox pisdir: «Təhsil naziri postuna gətiriləcək şəxsi böyük problemlər gözləyə bilər. Təhsilin bütün pillələrinin özülü dağıdılıb. Əgər ölkədə məktəbəqədər müəssisələr uşaqların 13-14 faizini cəlb edə bilibsə, deməli, orada vəziyyət çox acınacaqlıdır. Həmin müəssisələrin rəhbərliyinə bu sahədən xəbərsiz insanları cəlb ediblər».

E.Əliyevə görə, təhsil sektorunda nazir olacağı təqdirdə islahatlar aparacaq əsas 4 namizəd var: «Onlar Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, «Azərbaycan» Universitetinin keçmiş rektoru Səlahəddin Xəlilov, Moskova Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz Paşayeva və AMEA-nın müxbir üzvu Rafiq Əliyevdir. Lakin iddiaçılar arasında adı çəkilən Abel Məhərrəmov proseslərin içində olan bir şəxsdir. O, proseslərin daha da neqativ inkişafında müəyyən rol oynayan bir insan olub».

RAMİL








28 Sentyabr, 2011  21:44 Baxılıb: 2264 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner