Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN HAQLI OLDUĞUNU GÖSTƏRƏN ARAŞDIRMA-EKSKLÜZİV

Saxta endirim kampaniyasının arxasındakı gizlinlər… 

Bakıda havalar soyuyan kimi, geyim dükanları endirim kampaniyasına start verirlər. Mağazaların divarlarında endirimlərin 30, 50, hətta 70 faiz civarında olduğu yazılır. Satıcılar bildirirlər ki, endirimlərdə məqsəd satılmayan yay geyimlərini əhaliyə nisbətən ucuz qiymətə təklif etmək və növbəti ildə yeni kolleksiyaların alınması üçün pul toplamaqdır. Yalançı endirim kampaniyası ilə bağlı araşdırma apardığımız bir zamanda İqtisadi İnkişaf Nazirliyi ticarət şəbəkəsində insanların aldadılmasına xidmət edən endirim kapmaniyası ilə bağlı açıqlama yaydı.

Simsar.az nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 13 ünvanında Araz Əliyevə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub. Belə ki, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə "Bayrama özəl 70% endirim" sözləri yazılsa da, mağazada satılan 9 çeşiddə geyimlərin heç birinin qiymətinə endirim tətbiq edilmədiyi, 8 çeşiddə geyimlərin qiymətlərinə isə mağaza işçiləri tərəfindən endirim tətbiq olunduğu bildirilsə də, həmin geyimlərin etiketlərinin üzərində endirim barədə məlumatların qeyd edilmədiyi aşkar olunub.

Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində, mağazanın pəncərələrində yerləşdirilən istehlakçıların seçmə sərbəstliyinə təsir göstərməklə istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiq reklamın yayımı dayandırılıb.


Şəhərdə apardığımız müşahidələr zamanı öyrəndik ki, əksər dükanlar 60-70 faizə qədər endirim təklif etsələr də, əslində endirimlər 25-30 faizi aşmır. Endirmə məruz qalanlar yay üçün nəzərdə tutulan köynək və şalvarlardır. Dükanlardakı satıcılar qiymət ucuzlaşmasının böyük olduğunu desələr də, paltarların üstündəki qiymətlər bu fərqin yüksək olmadığını göstərir. Məsələn, 25 manatlıq qısaqol könyəklər 20 manatadır. 15 manatlıq yubkalar 10 manata, 54 manatlıq şalvarlar isə 44 manata satılır. Bəzi dükanlarda 3-7 manata qısaqol futbolkalar almaq olar.
Söhbətləşdiyimiz alıcılar endirimlər haqqında müxtəlif fikirdədilər.

Məsələn, mağazaya təşrif buyuran Elza adlı qadın bildirir ki, o, hər il endirim kampaniyasında iştirak edir, yay kolleksiyasını qışda, qış kolleksiyasını isə yayda alıram: «Şəhərin mərkəzindəki geyim mağazalarında təklif olunan mallar keyfiyyətlidir və markadılar. Bir-iki il dəbdə olurlar. «Vasmoy», «Sədərək»dən 5-10 manatlıq kofta almaqdansa, belə mağazalardan 20 manata kofta almaq daha sərfəlidir. Çünki keyfiyyətli olurlar».

Başqa bir alıcı isə endirimlərin yalançı olduğunu bildirdi. Teymur adlı alı qeyd etdi ki, o, endirimlərə inanmasa da, mağazalardan alış-veriş etməyə məcburdu: «Yazıblar ki, 70 faiz endirim var. Amma yalandır. Qiymətlərdə 10-15 faiz fərq var. O da mövsümə aid olmayan geyimlərdə. Əksər köynək və şalvarlar cəmi 5 faiz ucuzlaşıb. Soruşanda deyirlər ki, maldan asılı olaraq qiymət endirimi edilib”.
Alıcılar həmçinin bildirirlər ki, endirimli malların arasında normal geyim tapmaq mümkün deyil: “Səhərdən üç dükan gəzmişəm. Cəmi iki köynək tapıb almışam. Satılmayıb qalan mallar olduqca keyfiyyətsizdir, istədiyin ölçünü tapmaq da problemdir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, mağazaların endirim adı altında istehlakçıları aldatmaları qanun pozuntusudur: «Bizdə endirimi reklam vasitəsinə çeviriblər. Avropada isə endirimin arxasında ciddi nüanslar dayanır. Yalançı endirimlərlə bağlı Azad İstehlakçılar Birliyinə demək olar ki, hər gün müraciət və şikayətlər olunur. Öz növbəmizdə biz də bu məsələləri araşdırırıq. Çox yaxşı haldır ki, son vaxtlar İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti saxta endirimlərə qarşı ciddi mübarizə aparırlar».

İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirdi ki, endirimlər reklam xarakteri daşıyır: «Alıcılar diqqətli olmalıdırlar. Reklam xarakterli endirimlərlə, real endirimləri bir-birilə qarışdırmamalıdılar. Aparılan reydlər göstərir ki, endirim kampaniyasının elan olunduğu bir çox obyektlərdə istehlakçıların hüquqları kobud şəkildə pozulur».
A.Əliyev saytımızın oxucularına müraciət edərək bildirdi ki, əgər istehlakçılar qeyd olunan neqativ hallarla üzləşsələr Nazirliyin Antiinhisar Siyasəti Departamentinə müraciət etsinlər: «Departamentin 498-15-01 və 498-15-04 nömrəli telefonları gün ərzində daxil olan zəngləri araşdırır. Departament ona daxil olan məlumatları araşdırıb ciddi tədbir görür, günahkarları cəzalandırır».

RAMİL






28 Sentyabr, 2011  19:14 Baxılıb: 1731 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner