Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZƏRBAYCAN ÜZRƏ RADON XƏRİTƏSİ TƏRTİB EDİLİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Azərbaycan üzrə radon xəritəsi tərtib edib.

Bu barədə institutun geoloji mühitin qamma spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev məlumat verib. O bildirib ki, İsveçrənin Elm Fondu və Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən layihə əsasında Azərbaycanın rayonlarında yaşayış binalarında radon qazının yaratdığı problemlər araşdırılıb. Aparılan tədqiqatları müzakirə etmək üçün tədqiqat qrupu oktyabrın 10-da İsveçrəyə gedəcək.

Ç. Əliyev deyib ki, araşdırmalara əsasən, radon qazının miqdarı ilə bağlı vəziyyətin norma daxilində olduğu aşkarlanıb: “Böyük Qafqaz və Kiçik Qafqaz ərazisindən tektonik qırılmalar keçdiyinə görə, bu ərazilərdə radon qazının miqdarı bir qədər artıqdır. Aşağı Kür çökəkliyində isə bu qazın miqdarı azdır”.

Qeyd edək ki, radon qazı yeraltı çatlardan və tikinti materiallarından yaranır. Bu qazın normal miqdarı köhnə yaşayış evlərində 200 bk/kub metr, yeni evlərdə isə 100 bk/kub metrdir.






22 Sentyabr, 2011  01:20 Baxılıb: 899 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner