Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Haqqın keşikçiləri-həmkarlar təşkilatları - FOTOSESSIYA

«Həmkarlar ittifaqlarının prinsipiallıq və obyektivlik göstərmələri, qərəzsiz olmaları onlara inamı artırır”-Səttar Mehbalıyev

Təkliyə yox

İnsan yaranışdan təkliyə yox deyib. Allahın ona bəxş etdiyi şüurun diqtəsi ilə anlayıb ki, tək ən vacib təlabatını-yemək istəyini belə, həyata keçirə bilməz. Hansısa vəhşi heyvanın ovlanmasında güc birliyindən istifadə etmək labüddü.
İnsan ən ağır yaşam mərhələlərini başqası ilə birləşərək dəf edib. Və beləcə müasir dünyaya ən kamil varlıq kimi gəlib çıxa bilib.
Təbii ki, insan təfəkkürü inkişaf etdikcə, texnoloji proseslər də sürətlənib və nəticədə insan birliklərinin sivil formaları yaranıb. Hər kəs bir əmək ətrafında eyniləşir. Qədim dövrdən gələn bu ənənə təkminləşərək həmkarlar ittifaqlarının yaranmasına rəvac verib.

İlk həmkarların yaranması...

İlk həmkar birliklərinin yaranması tarixi 18-ci əsrə təsadüf edir. Amma bu tarixə qədər bir arada olan insanların mübarizə apardıqları hədəflər də az olmayıb. 14-cü əsr Böyük Britaniya Krallığında sənaye şirkətləri sürətlə artırdı. Siyası gəlişmələrdə maddi mənfəət sahibi olanlar kişilərin, qadınların, uşaqların, əməyindən vəhşicəsinə istifadə edirdilər. Varlanmaq hərisliyi insan əməyi istismarının əsasını qoydu. Üç əsrdən çox davam edən “güclülər qalibdi” sindromu yavaş-yavaş əriməyə başlayırdı. Heç bir ixtisası olmayan işçilər istismara qarşı nizamsız toplantılar keçirməyə başladılar. Nəticədə “Trade uniоn” yarandı. Və hərəkat 19-cu əsrin sonlarında Katolik kilsəsinin xeyir-duasını aldı. O zamanlar Papa XIII Leo özünün Böyük Xartiyasında (Magna Carta) işiçlərə qarşı amansızlıqlardan və onların bəzi hüquqlarının tənzimlənməsi ehtiyacından bəhs edirdi.
“Trade uniоn ”ların Tarixi” adlı buraxılışda “trade uniоn ”un baxışı belə idi: “Trade uniоn ” muzdlu işçilərin öz iş şəraitini və əmək haqqlarını daha da yaxşılaşdırmaq üçün davamlı mübarizə birliyidir".
“Trade uniоn ”lar Avropada, Amerikada, Avstraliyada yaranıb və sənayeləşmə ilə dünyanın hər yerinə yayılıb.
Bu gün işçilərin öz əmək hüquqlarını qorumaq üçün həmkarlar təşkilatında birləşmək hüququ Beynəlxalq İnsan Haqları Bəyannaməsinin 4-cü yarımbölməsinin 23-cü maddəsi ilə təsbit edilir . Həmin maddədə deyilir ki, kimsənin öz iradəsinin əleyhinə hansısa birliyə cəlb edilməsi və hansısa quruma üzv olmağın kiməsə qadağan edilməsi insan haqlarının pozulması sayılır.

Azərbaycan həmkarlarının tarixi

Azərbaycan da müstəqil olduğu zamandan insan haqqlarının qorunmasına xüsusi önəm verən ölkələrdəndir. 1993-cü ilə qədər bu iş pərakəndə və səriştəsiz şəkildə həyata keçirilsə də, məhz 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılması ilə fəaliyyət sferasında ciddi dönüş oldu. AHİK-in nizamnaməsində deyilir ki, 
Konfederasiya həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil, o cümlədən müdafiə edən, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, sahələrarası birliklərinin könüllü ittifaqıdır. AHİK 18610 həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir.
Həmkarlar ittifaqı üzvlərinin ümumi sayı – 26 sahə həmkarlar ittifaqı olmaqla 1600000 nəfərdir. 24 fevral 1994-cü ildə «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilib.

“Ülfət”ə zəng et, hüququnu bil

Konfederasiyanın «Ülfət» adlı qəzeti nəşr olunur ki, qəzet AHİK-in gördüyü işləri işıqlandırmaqla yanaşı maarifləndirmə tədbirləri də həyata keçirir. İşçi qəzetin xüsusi rubrikasına müraciət edərək taplanmış hüququnun necə bərpa etmək yolunu öyrənə bilər.
AHİK 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqı Konfederasiyasına daxildir. AHİK sədri Səttar Mehbalıyev BAHİK-in Mərkəzi və Şərqi Avropa Ölkələri Həmkarlar İttifaqları Şurasının idarə heyətinin üzvüdür.
AHİK 1992-ci ildən hökümət və işəgötürən birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur.

Konfederasiyanın önəmini göstərən iki fakt

AHİK müxtəlif nüfuzlu beynəlxalq təşkilatların üzvüdür və onların təcrübəsini bölüşür. Konfederasiyanın cəmiyyətdə rolunun nə qədər danılmaz olduğunu göstərən saysız-hesabsız faktlar sadalamaq olar. Onlardan birinə diqqət çəkək: 2011-ci ilin yanvarına olan məlumata görə, AHİK-ə daxil olan 158 627 ərizə və şikayətdən 156 172-ci öz müsbət həllini tapıb.
İkinci fakt: 45 təhsil müəssisəsindən 26-sı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinə daxildir. Bu ali məktəblərdə 90259 tələbə təhsil alır və onlardan 67746 nəfəri həmkarlar təşkilatının üzvüdür. Tələbə həmkarlar ittifaqı təşkilatlarının işində yüzlərlə tələbə fəaliyyət göstərir, gənclərin sosial-iqtisadi müdafiəsində, onların hüquq və maraqlarının qorunmasında yaxından iştirak edirlər.
Tələbə həmkarlar ittifaqı təşkilatlarının işini qiymətləndirmək məqsədi ilə ATİAHİ Respublika Komitəsi 1995-ci ildən təqaüd təsis edib.
Ötən illər ərzində tələbə həmkarlar ittifaqı təşkilatlarının təqdimatına əsasən 1400-dən artıq tələbə bu təqaüdə layid görülüb.
Bu il həmkarlar ittifaqlarının hesabına 130 təhsil işçisi Türkiyənin Antalya bölgəsində istirahət edib. Təkcə 2009-cu ilin 6 ayı ərzində ATİAHİ-nin Respublika Komitəsi və onun üzv təşkilatları tərəfindən müəllimlərə və digər təhsil işçilərinə 981320 manat dəyərində maddi yardım göstərilib. Mətbuatın yaranmasının 136 illiyi ilə bağlı ölkə jurnalistlərinin xidmətləri nəzərə alınaraq, onlara 15 min manat ayrılıb. Bu ilin səkkiz ayı ərzində təhsil işçilərinə ATİAHİ-nin Respublika Komitəsinin büdcəsi hesabına 1091743 manat dəyərində1205 ədəd və Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına 787340 manat dəyərində 1189 ədəd sanatoriya, kurort və istirahət zonalarına yollayışlar verilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin vəsaiti hesabına təhsil işçiləri üçün Xaçmazda 10 hektar ərazidə 270 yerlik istirahət kompleksi tikilməkdədir.
AHİK yaranana qədər mətbuat səhifələrində işçilərin hüquqlarının pozulması faktlarına tez-tez rast gəlinirdi. İşçi çıxış yolu kimi mətbuata üz tuturdu. Hazırda isə vəziyyət kökündən dəyişib. Şikayət ərizələri ilə bağlı diqqət çəkdiyimiz fakt da bunun bariz nümunəsidir. Daha əməkçilər birinci olaraq mətbuatı yox, yaratdıqları sahə həmkarlarını himayəçi hesab edirlər.

AHİK ən iri xarici şirkətlərlə belə, işçi hüququ uğrunda mübarizə aparır

AHİK Azərbaycan vətəndaşının işçi hüquqlarını bütün müəssisələrdə qorumağı qarşısına məqsəd qoyub. Məhz buna görə də əksər xarici şirkətlərlə məhkəmə çəkişməsinə qədər qalxıb.
Araşdırmalarımızdan məlum olub ki, xarici şirkətlərdə ən çox hüquq pozuntusu Azərbaycanın milli bayramlarında işçilərin istirahətdən məhrum olması ilə bağlıdır. Eyni zamanda, xarici şirkətlərdə işçilərin məzuniyyətdən istifadə etmək hüququ pozulur və onlara Azərbaycan qanunvericiliyində nəzərdə tutulan qədər məzuniyyət verilmir. Bir sıra hallarda isə əmək haqqı düzgün hesablanmır, yəni gecə növbətçiliyi və ya uzadılmış iş rejiminə görə əmək haqqı tənzimlənməsində ciddi problemlər var. Bunlar azmış kimi, son bir neçə ildə xarici şirkətlər tərəfindən Azərbaycanın atributlarına hörmətsizlik göstərilməsi, Əmək Məcəlləsinin tələblərinin pozulması kimi neqativ hallar da müşahidə olunur.
Əldə etdiyimiz məlumatlara görə, hələ də bir sıra böyük şirkətlərdə həmkarlar ittifaqı yaratmaq mümkün olmayıb. AHİK sədrinin müavini Aqil Dadaşov mətbuata açıqlamasında bu faktı təsdiq edib. Sədr müavini deyib ki, “McDonalds” restoranlar şəbəkəsində həmkarlar təşkilatı yaradılıb və ora 70-dən çox üzv qəbul edilib. Bir müddət sonra restoran rəhbərliyi işçilər qarşısında tələb qoyub ki, Həmkarlar İttifaqından imtina etsinlər. Hazırda restoran rəhbərliyi ilə Konfederasiya arasında məhkəmə çəkişməsi gedir. Bundan əlavə “Coca-Cola”, “Pepsi-Cola” kimi nəhəng transmilli kampaniyalarda da həmkarlar ittifaqı yaratmaq mümkün olmayıb. Ən böyük mobil operatorlardan olan “Bakcell” və “Azercell” də həmkarlar ittifaqının yaradılması istiqamətində hələ ki, bir iş görmək istəmirlər.

İşçilərin güvənc yeri

Söhbətin ən iri xarici şirkətlərdən getməsinə baxmayaraq, Konfederasiya əməkçilərin hüquqları uğurunda mübarizədən geri çəkilmək fikrində deyil. Belədə işçilərin güvənc yeri də formalaşmış olur. Əvvəllər əməkçilər tapdanmış hüquqlarının bərpasını mətbuata şikayət etməkdə görürdüsə, bu gün sahə həmkarları baş idarə ilə birgə hüquq pozuntularını aradan qaldırmağa qadirdir.
Əldə etdiyimiz məlumatlardan onu da öyrənirik ki, AHİK əməkçilərin Konstitusiya ilə təsbit olunmuş dincəlmək hüquqlarına da xüsusi qayğı ilə yanaşır. İllər ərzində on minlərlə əməkçi yay istirahəti üçün müxtəlif sanatoriyalara göndərilib. AHİK rəsmiləri etiraf edirlər ki, onlar istirahət etmək istəyənlərin hamısının arzusuna əməl edə bilmirlər. Turizim obyektlərinin müstəqil biznes sahələri olması və qiymətlərin bahalığı bəzi maneələr yaradır. Ona görə də sahə həmkarlar ittifaqları öz istirahət mərkəzlərini tikməyə qərar veriblər və bu istiqamətdə işlərə başlanılıb. 4-5 ildən sonra bütün sahələri əhatə edən həmkarlar ittifaqlarının özlərinin istirahət mərkəzləri olacaq.

Yola hara aparır?..

AHİK-in 2008-2013-cü illər üçün fəaliyyətinin əsas istiqamətlərini də müəyyənləşdirib. Meyarın insan olduğunu əsas götürən Konfederasiya üzv təşkilatları insan hüquqlarına, o cümlədən əmək hüquqlarına riayət olunmasına, bütün işçilər üçün hərtərəfli sosial müdafiə sisteminin yaradılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, yoxsulluğun aradan qaldırılmasına yönəlmiş sosial-iqtisadi siyasətin işlənib hazırlanmasına və həyata keçirilməsinə çalışmağa çağırır.

AHIK-in həmkarlar təşkilatlarına tövsiyyəsi

Təkcə onu bilmək vacibdir ki, həmkarlar ittifaqı hər bir fərdə lazımdır. O yerdə ki, həmkarlar ittifaqları yoxdur və kollektiv müqavilələr bağlanmır, o zaman işçilər işəgötürənlə təkbətək qalır. Onların qanuni hüquqları müntəzəm olaraq pozulur: “xəstəlik kağızları” nəzərə alınmır, qısa məzuniyyətlər, miskin əmək haqqı, dincəlmək hüququnun tapdanması kimi hallar tez-tez baş verir. Bütün bunların qarşısını almağın bir yolu var: həmkarlar ittifaqlarına üzv olmaq.
Əgər həmkarlar ittifaqı üzvünün işdə problemi yaranıbsa, həmkarlar ittifaqı pulsuz məsləhətlər verər, onları əmək mübahisələri üzrə komissiyalarda, məhkəmədə savadlı surətdə müdafiə edər.
Əgər işçilərin haqlı tələbləri yerinə yetirilmirsə, həmkarlar ittifaqı işəgötürənə təzyiq göstərər və etiraz aksiyaları (mitinqlər, piketlər, tətillər və s.) təşkil edə bilər.
Əlbəttə hər bir fərd də həmkarlar ittifaqına lazımdır. Həmkarlar ittifaqlarının əsas gücü – kütləvilik və həmrəylikdir. Birlikdə tələblər irəli sürmək və onların həllinə nail olmaq daha asandır. Bunun üçün isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası var. İbtidai insandan müasir insana qədər hər kəs rahat yaşamağa nail olmağın yeganə yolunu birləşməkdə görüb.


Ceyhun Musaoğlu

Yazı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi müsabiqəyə təqdim olunur






19 Sentyabr, 2011  16:27 Baxılıb: 2024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner