Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdmançıların faciəvi həyatı

Ən dəhşətli aviaqəzalar

Simsar.az-ın «RBK-Sport»a istinadən verdiyi məlumata görə, idman tarixində ilk aviaqəza 1949-cu ilin may ayının 4-də təsadüf edir. Həmin gün İtaliyanın «Torino» futbol klubu Lissabonun «Benfika» klubu ilə oyundan qayıdırdı. Hadisədə «Torino»nun bütün heyəti həlak olub. Təyyarə Turinə çathaçatda dumana görə qanadı ilə binaya toxunaraq qəzaya uğrayıb.

Elə həmin il La-Manş üzərində Çexoslovakiyanın 6 hokkeyçisi aviaqəzada həlak olub. Buna baxmayaraq, həmin il Çexoslovakiya yığması hokkey tarixində Kanadanı finalda məğlub edərək ikiqat dünya çempionu adını qazanıb. Bir ildən sonra isə (1950-ci ildə) Sverdlovsk səmasında baş verən aviaqəzada SSRİ Hərbi Hava Qüvvələrinin 11 hokkeyçisi həlak olub.

1958-ci ildə Böyük Britaniyanın «Mançester Yunayted» futbol klubunun 8 oyunçusu və 3 məşqçisi aviaqəzada həlak olub. Komanda Dünya Kuboku çərçivəsində Belqradda keçirilən oyundan qayıdarkən təyyarə Münhendə enib. Münhen hava limanından havaya qalxan təyyarə güclü qar yağması səbəbindən uçuş zolağından kənara çıxıb. «Mançester Yunayted»in 9 oyunçusu və baş məşqçi Mett Basbi həmin qəzadan sağ çıxıb və daha sonra komandanı yenidən formalaşdıra bilib.

İdman tarixində ən dəhşətli dövr 1960-cı illərə təsadüf edir. Belə ki, həmin illərdə 4 aviaqəza qeydə alınıb. İlk qəza 1960-cı ildə Danimarkanın Kastrup şəhəri yaxınlığında baş verib. Qəza nəticəsində Danimarka yığmasının 8 futbolçusu dünyasını dəyişib.

Bir il sonra - 1961-ci ildə Nyu-York aeroportundan havaya qalxan təyyarə Brüsseldə enərkən qəzaya uğrayıb. Sərnişinlərin 73-dən 34-ü fiqurlu konkisürmə üzrə ABŞ yığmasının idmançıları, məşqçiləri və komandanın rəsmiləri, idmançıların ailələri, dostları olub. Həmin il Praqada keçiriləcək dünya birinciliyi təxirə salınıb.

Bu hadisədən 2 ay sonra (1961-ci ilin aprel ayında) Çilidə təyyarə qəzası nəticəsində «Green Cross» komandasının 24 oyunçusu, 1969-cu ildə isə Boliviyada «Air Likvid»in 19 futbolçusu həlak olub.

Bundan başqa, 1970-ci ilin aprelin 1-də Krasnoyarsk yaxınlığında «An-24» sərnişin təyyarəsi qəzaya uğrayıb və bütün sərnişinləri həlak olub. Sərnişinlərin arasında voleybol üzə gənclər komandası da olub.

Daha bir dəhşətli aviaqəza 1972-ci ilin oktyabr ayında baş verib. Belə ki, həmin vaxt Çilidə təyyarə 4 min metr hündürlükdə dağ yamacı ilə toqquşaraq orada ilişib qalıb. Təyyarənin göyərtəsində ərzaq olmadığından, sərnişinlər həlak olmuş sərnişinlərlə qidalanıb. Göyərtədə ümumilikdə 45 nəfər, o cümlədən «Old Christians Club» reqbi komandasının üzvləri olub. Yalnız 16 nəfərin həyatını xilas etmək mümkün olub.

Bundan başqa, 1979-cu il avqustun 11-də Dneprodzerjinskin hava məkanında iki təyyarənin toqquşması nəticəsində Daşkənd-Minsk marşrutu üzrə hərəkət edən avialaynerdə Daşkəndin «Paxtakor» futbol klubunun 17 oyunçusu həlak olub. Ümumiyyətlə, hər iki təyyarənin toqquşması nəticəsində 178 nəfər insan həlak olub.

Bu hadisədən 8 il sonra (1987-ci ilin dekabr ayında) Perunun paytaxtı Lima yaxınlığında göyərtəsində «Alyans Lima» futbol klubunun oyunçuları, məşqçiləri və azarkeşləri olan təyyarənin qəzaya uğraması nəticəsində 43 nəfər həlak olub.

Surinamda isə 1989-cu ildə baş verən aviaqəza nəticəsində göyərtəsində 187 nəfərin olduğu təyyarədə 15 nəfər holland futbolçusu həlak olub. Bu aviaqəzada yalnız 11 nəfər sağ qalıb.

Qabonun paytaxtı Librevil şəhərinin yaxınlığında 1993-cü ildə qeydə alınan aviaqəza nəticəsində Seneqalla oyuna yollanan Zambiya yığmasının 18 futbolçusu dünyasını dəyişib.

Bundan başqa, 2008-ci ilin avqust ayında Qırğızıstanın gənclərdən ibarət basketbol yığması Tehranda keçirilən yarışa yollanan zamanı aviaqəzaya uğrayıb. Nəticədə komandanın 10 üzvü həlak olub, 7 üzvü isə sağ qalıb.

Qeyd edək ki, cari ilin sentyabrın 7-də Rusiyanın Yaroslavl şəhəri yaxınlığında «Lokomotiv» hokkey klubu «Yak-42» təyyarəsi ilə qəzaya uğrayıb. Nəticədə 8 nəfəri ekipaj üzvü olmaqla göyərtədə olan 45 nəfərdən 43-ü həlak olub.






9 Sentyabr, 2011  15:18 Baxılıb: 1431 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner