Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

MAHİR ŞÜKÜROVDAN ŞOK AÇIQLAMA

"Azərbaycanı tərk etmək istəyirəm"

“Xaqani Məmmədovun Azərbaycan futboluna heç bir xeyri yoxdur”

Milli komanda və “Qəbələ”nin futbolçusu Mahir Şükürovun Penalti.az-a müsahibəsi

- Mahir, İntizam Komitəsi sənə 4 oyun cəza verdi. Bu, çox ağır deyilmi?
- Danışacam, yenidən hamı məni qınayacaq. Həqiqətən də, çox ağır cəzadır. Bu, əsil biabırçılıqdır. Dörd oyun ağır cəza oldu. Mən orada ciddi bir hərəkət edib, kimisə söyməmişəm. Sadəcə, futbolçu ilə aramda problem yaşandı. Ona yüngül toxundum. Əgər Zuheyrə güclü zərbə vursa idim, bu cəza ilə barışardım. İnanın ki, bu söz-söhbət məni çox yordu. Artıq Azərbaycanı tərk etmək istəyirəm.
- Bu fikrə nədən gəlmişdin?
- AZAL-la oyundan sonra hamı məni qaralayıb. Rusiya premyer liqasının bir komandası ilə danışıqlar apardım. Yenidən legioner həyatı yaşamaq istəyirdim. İki-üç gün əvvəl danışıqlar oldu, amma yekunda ortaq məxrəcə gələ bilmədim. Yoxsa, buradan çıxıb gedəcəkdim.
- Bu barədə klub rəhbərliyinin məlumatı var idimi?
- Xeyr. Hər şeyi özüm planlaşdırmışdım. Əgər razılıq əldə olunsa idi, «Qəbələ»nin rəhbərliyinə bu barədə məlumat verəcəkdim.
- Səni ən çox nə narazı saldı?
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun açıqlamalarına fikir verin. O insanın Azərbaycan futboluna heç bir xeyri yoxdur. Hələ hakimlik dövründən Xaqaninin hansı işlərlə məşğul olduğu hamıya məlum idi. O, açıqlamasında Mahirin oynamağa gücü çatmadığını deyir. Mən karyeram ərzində üç dəfə qırımızı vərəqə almışam. İlk dəfə «İnter»in, sonra «Anji»nin, bu dəfə isə «Qəbələ»nin heyətində meydandan qovulmuşam. Bu insan nə danışdığı bilmir. Qarşıda yığmanın oyunları var. Bu qərar nəticəsində həm də milliyə kömək edə bilməmək təhlükəsi ilə üzləşdim. Bunların hamısı məni üzür.
- Bu hərəkətindən sonra klub rəhbərliyi ilə aranızda problem olmadı ki?
- Mən «Qəbələ»nin rəhbərliyinə təşəkkür etmişəm. Burada bizim üçün ideal şərait yaradılıb. Səhv etdiyimi etiraf edirəm. Sadəcə, bu futboldur və hərdən əsəbləri cilovlaya bilmirsən. Rəqib futbolçu məni söyməsə idi, bu hərəkətə yol verməzdim. Başım xarab olub ki, belə hərəkət edib, komandamı və özümü pis vəziyyətdə qoyum? Hadisədən bir neçə dəqiqə sonra etdiyin hərəkətin əzabını çəkirsən./penalti.az






25 Avqust, 2011  20:21 Baxılıb: 1099 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner