Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Pnömotoraks və onun müalicəsi

Həkimlər bu xəstəliyə laqeyd yanaşmamağı tövsiyyə edir

Əgər sinə ağrısı çəkirsinizsə və bu ağrı uzun müddət davam edirsə əsla laqeyd yanaşmayın, dərhal həkimə gedin.

Pnömotoraks nədir?

Pnömotoraks sözünün kökük pnömodır. Pnöma isə hava və toraks, sinə sözlərindən ibarətdir. Pnömatoraks döş qəfəsinin içərisində, lakin ağciyərlərin xaricində hava toplanması vəziyyətinə deyilir. Xüsusilə 20-40 yaşlarında, zəif quruluşlu kişilərdə müşahidə edilən xəstəlikdir.

Bu xəstəlik, tənəffüs alan zaman ağciyərlərdən xaricə çıxaraq döş qəfəsinin içərisində toplanar və örtdüyü həcm ilə ağciyərin tam olaraq şişməsinə maneə törədərək orqanın sıradan çıxmasına səbəb olar.

Pnömotoraksı yaradan səbəb hansıdır?

Pnömotoraks, gənclərdə xüsusilə ağciyərlərin çiyinə yaxın, təpə qisimlərindəki kiçik baloncukların partlaması nəticəsində inkişaf edir. Qəza və xəsarətlər zamanı xüsusilə qabırğa qırıqlarının ağciyəri yaralaması pnömotoraksa səbəb ola bilər. Tibbi əməliyyatlara zamanı istəmədən ağciyərin yaralanması nəticəsində də pnömotoraks inkişaf edə bilər.

Pnömotoraks inkişaf edən xəstələrdə ən sıx müşahidə edilən ilk şikayət birdən-birə sinədə başlayan ağrıdır. Bu zaman ağrı çox şiddətli olur və ürəyə mənfi təsir edir. Ağrı zamanı xəstələr nəfəsini tutmaq məcburiyyətində qalır və nəfəs ala bilmirlər. Yaşlı xəstələrdə isə nəfəs darlığı da müşahidə edilə bilər.

Diaqnoz necə qoyulur?

Pnömotoraks inkişaf edən xəstələrin ağciyərlərində tənəffüs səsləri ya həddindən artıq ya azalır, ya da heç eşidilmir. Şübhəli hallarda ağciyər tomoqrafiya edilir.

Müalicədə hansı üsullar tətbiq edilir?

Ağ ciyərdəki sönmə dərəcəsinə görə, döş qəfəsinin içində hava az yığılan zaman süni oksigen müalicəsi kafi ola bilər. Yığılan havanın iynə vasitəsilə boşaldılması lazımdır. Hava miqdarının daha çox olduğu vəziyyətlərdə isə ağciyər ilə döş qəfəsi arasına yerləşdirilən sinə balonları ilə hava boşaldılaraq ağciyərlərin yenidən sinə qəfəsinə doğru şişərək köhnə halına gəlməsi təmin edilir. İlk dəfə pnömotoraks inkişaf edən xəstələrdə yuxarıda göstərilən müalicə variantları tətbiq olunur. Lakin pnömotoraks, ağciyər quruluşundakı dəyişikliklər və mövcud baloncuklar səbəbiylə 20-35 fazi nisbətində təkrarlanır. Pnömotoraks tekrarlan zaman isə üçüncü dəfə olma ehtimalı 50-65 faizə bərabərdir.

Pnömotoraks, eyni ağciyər və ya qarşı ağciyərdə təkrarlasa, eyni vaxtda hər iki ağciyərdə birdən inkişaf etsə, yığılan hava ciddi təzyiq meydana gətirir və ürəyə təzyiq edir.

Cərrahı müalicə necə tətbiq olunar və nəticələri necədir?

Cərrahi müalicədə xəstəliyin yenilənməməsi üçün ağciyərin təpə qismində olan baloncuklarının olduğu bölgənin çıxarılması və ağciyərin təkrar sinə divarına yapışması üçün sinə divarının daxili hissəsindəki zara istiqamətli əməliyyatlar tətbiq olunur. Bu əməliyyatlar artıq indiki vaxtda videotorakoskopi adı verilən irəli texnoloji üsullarla təxminən 2-2.5 sm-lik iki və ya yalnız tək bir kəsikdən tədbiq edilir. Əməliyyat sonrası əməliyyat tətbiq olunan ağciyərdə təkrarlama riski 3 fazi nisbətində düşür.

Aynurə






25 Avqust, 2011  16:01 Baxılıb: 4528 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner