Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ONLAR İSTİRAHƏTƏ NƏ QƏDƏR PUL XƏRCLƏYİB?

Turizm mövsümü bir müddət sonra baş çatır. Artıq istirahət günlərini başa vurub qayıdanlar da var. “Simsar” jurnalı onların istirahətə nə qədər xərclədiyini araşdırıb.

Bölgələrdə istirahət qiymətləri

Xaçmaz, Nabran qəsəbəsində bir günlük istirahət (gündə üç dəfə yemək və əyləncə daxil olmaqla):
1 otaqlı mənzil - 40 manatdan 50 manata qədər
2 otaqlı mənzil - 80 manat
3 otaqlı mənzil - 110 manat

İsmayıllıda bir günlük istirahət (gündə üç dəfə yemək və əyləncə):
1 otaqlı kotec - 55 manatdan 80 manata qədər
2 otaqlı kotec - 80 manatdan 120 manata qədər
4 otaqlı kotec - 160 manatdan 180 manata qədər
6 otaqlı kotec – 260 manat

Qubada üç günlük istirahət (gündə üç dəfə yemək):


1 otaqlı mənzil – 50 manat
2 otaqlı mənzil - 90 manat
3 otaqlı mənzil – 135 manat
2 otaqlı kotec - 100 manat
5 otaqlı kotec – 260 manat

Lerikdə bir günlük istirahət (səhər yeməyi və əyləncə):
2 otaqlı mənzil - 80 manatdan 150 manata qədər
2 otaqlı koteclər - 120 manat

Şəkidə bir günlük istirahət (səhər yeməyi):
2 otraqlı mənzil – 70 manat
3 otaqlı mənzil – 90 manat
2 otaqlı kotec – 120 manat

Qəbələdə bir günlük istirahət:
1 otaqlı mənzil - 50 manat
2 otaqlı mənzil - 70 manaqdan 80 manata qədər
3 otaqlı mənzil – 90 manat
1 otaqlı kotec - 80 manat
2 otaqlı kotec - 100 manat
3 otaqlı kotec – 160 manat


Bəzi ölkələrədə istirahət qiymətləri:

Türkiyə-Bodrumda bir həftəlik istirahət (aviobilet, transfer, sığorta):
Üç ulduzlu oteldə 2 nəfərlik otaq - 1460 manat, 4 nəfərlik – 1800 manat
Beş Ulduzlu oteldə 2 nəfərlik otaq – 1700 manat

Türkiyə-Quşadasında bir günlük istirahət:
1 otaqlı mənzil - 50 manatdan 80 manata qədər
Dörd ulduzlu oteldə 1 otaq – 500 manat, 2 otaq – 600 manat, 3 otaqlı – 800-1000 manat
Bakı- İzmir-Bakı biletinin qiyməti - 405 manatdır.

Maldivi adalarinda bir günlük istirahət :
Dörd ulduzlu oteldə 2 otaq 100 manat
Beş ulduzlu oteldə 2 otaq 250 - 450 manat
Bakı - Dubay - Male - Dubay - Bakı biletinin qiyməti - 1195 manat

Şimali Kipr (aviobilet və səhr yeməyi)
1 otaqlı mənzil - 380 manat

İtaliyada 12 günlük istirahət (otel, aviobilet, transfer, səhər yeməyi):
1 otaqlı mənzilin qiymətləri 1300 manatdan başlayır.
Viza pulu 68 manat

İspaniyada bir nəfər üçün həftəlik istirahət:
1200 manatdan başlayır.

Gürcüstanda bir nəfər üçün həftəlik istirahət (gündə iki dəfə yemək):
1200 manatdan- 5000-a qədər.

İngiltərə:
Dörd ulduzlu oteldə 6 nəfərlik mənzil 1800 manatdan, 10 nəfərlik mənzil 1400 manatdan başlayır.



Turizm agentlikləri yerli əhalinin daha çox Türkiyəyə - Antaliya, Bodrum, Quşadası, Şimali Kipr və İzmirə istirahətə getdiyini bildirir. Turizm eksperti Amid Abışovovun sözlərinə görə, istirahət bölgələrinin seçimində dil yaxınlığı və xidəmətlər əsas götürülür: “Türkiyə ilə Azərbaycanın mədəniyyəti fərqli olsa da dil baxımından yaxınlığı istirahət seçiminə təsir edir. Həm də xidmətə önəm verilir. Turist fikirləşir ki, gedəcəyim yer gözəl və təmiz olsun. Bu baxımdam Türkiyə yenə öndədir, xüsusən Antaliya yüksək səviyyəli xidəmti ilə fərqlənir. Dünyanın heç bir yerində burdakı kimi xidmət yoxdur”.
Avropa ölkələrindənsə daha çox Fransaya sifarişlər olur. Turizm agentliklərinin məlumatına görə, əhali bölgələrə daha çox Lerik və Qəbələyə gedir. A.Abışov bildirir ki, Azərbaycanın bölgələrində qiymətlər bahadır: “Qiymətiləri turizm şirkərləri tənzimləyir. Bölgədə bir gecə qalmaq təxminən 45 manata başa gəlir. Demək olar ki, xarici ölkələrdə dincəlmək də eyni qiymətə alınır. Bəzən bölgələrdə göstərilən xidmətdən narazı qalırlar. Buna görə turist bölgəyə yox, dincəlməklə bərabər dünyagörüşünü zənginləşdirmək üçün xarici ölkələrin birinə getməyi üstün sayır”.
A.Abışov bölgələrdə özünü təmin edə bilməyən istirahət obyektlərinin çoxalmasının maliyyə problemləri yaratdığını deyir: “İstirahət obyektləri çoxaldıqca onları saxlamaq da çətinləşir. Keçən il açılan hansısa turizm mərkəzinin bu il bağlandığını eşidirik. Amma təbiət baxımından ölkəmizin turizm üçün yararlı, gözəl bölgələri çoxdur. Bundan sərfəli istifadə etmək üçün yeni turizm komplekslər açılmalıdır”.
A.Abışov bildirir ki, 2012-c ildə Bakıda keçiriləcək “Avroviziya” mahnı yarışması sayəsində ölkə turizimində yaxşılığa doğru dəyişikliklər olacaq: “Əvvəl xaricdə Azərbaycan barədə az məlumat var idi. Təsəvvür edin, müsabiqə üçün gələn hər turist ölkəsində Bakı haqqında danışsa bu, artıq böyük təbliğatdır”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 17-də turizm mövsümünün rəsmi açılış mərasimində “Avroviziya” mahnı müsabiqəsinə 50-60 min turistin gələcəyini deyib. Nazir jurnalistlərə açıqlamasında bu il yeni beşulduzlu otellərin istifadəyə veriləcəyini də bildirib.


Arifə Mikayılova “Simsar” jurnalı






23 Avqust, 2011  17:47 Baxılıb: 1830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner