Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xınalıqda qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb

Mədəniyyət və Turizm Nazirliyi yaratdığı komissiya kəndin tarixi görkəmini qorumaq üçün addımlar atır

Xınalıq kəndində 112 evin dam örtüyü Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bərpa edilir. Simsar.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, kompleks görülən işlərdə məqsəd kəndin tarixi görkəmini qoruyub saxlamaqdır. 

Nazirliyin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev deyib ki, bugünədək qəza vəziyyətində olan 85-ə yaxın evdə təmir-bərpa işi başa çatdırılıb. Rüfət Nuriyev bildirir ki, Xınalığa müasir tələblərə uyğun yol çəkildikdən sonra kənd sakinləri öz evlərini müxtəlif üsullarla fərdi şəkildə təmir etməyə başlayıb: “Bu da kəndin unikal tarixi görkəminin itməsi ilə nəticələnə bilərdi. Mədəniyyət və Turizm Nazirliyi vəziyyətin ciddiliyini nəzərə alaraq xüsusi komissiya yaradıb, Xınalıqdakı təmirə ehtiyacı olan evlərin tarixi görkəmini saxlayaraq bərpa olunması üçün zəruri addımlar atıb”.

O qeyd edib ki, kənddəki qəza vəziyyətində olan Cümə məscidinin bərpası üçün “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən layihə hazırlanıb və təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatacaq.
Xınalıq kəndində həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kəşfiyyat tipli arxeoloji qazıntı işləri aparılır. “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Rüfət Nuriyev arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra Xınalıq kəndi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər.

Qeyd edək ki, kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.






21 Avqust, 2011  00:33 Baxılıb: 1557 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner