Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dollar, Avro, yoxsa qızıl

“Hər üçü və heç biri”...

DOLLAR...

Əlində müəyyən qədər pulu olan vətəndaş və investorlara seçim məsləhəti.

Qısa müddətdə pullarınızı bir valyuta növündə saxlamaqdan uzaq olun.

Əgər yığımlarınız əsasən dollarladırsa, bilməlisiniz ki, hələlik dolların mövcud miqyasda və etibarlılıqda nativi olan başqa valyuta yoxdur.

Azərbaycanda dollar-manat münasibətləri heç də həmişə dünya valyuta bazarlarında baş verənlərə uyğun dəyişmir. Mərkəzi Bankın müdaxiləsi və “neft dollarları” manatı baha saxlamağa tam imkan verir.
Dollar hazırda 0.7865 qəpik həddinə qədər, yəni 2.2% ucuzlaşıb.

Dünya valyuta bazarlarında baş verənlərdən asılı olmayaraq bu ucuzlaşma Azərbaycanda bir neçə il də davam edəcək. Təqribən 1 dollar üçün 0.75 həddinə qədər. Dolayısı ilə əlinizdə 1000 dollardan 10.000 dollara qədər pul varsa, onun mühüm bir hissəsini manatda saxlamaq olar.

1000 dollardan az vəsaiti olanlarsa dollardan “canlarını qurtarmağa” tələsməsinlər.
Yox əgər vəsaitiniz 10.000 dollardan çoxdursa, bu halda nativlər daha çoxdur. Daşınmaz əmlakdan tutmuş bu günlərdə dəyərini müvəqqəti itirən xarici şirkətlərin qiymətli kağızlarına qədər...

AVRO NECƏ?

Avro
Avro dollar qarşısında zaman-zaman bahalaşsa da, onun problemləri daha ciddidir. Çünki ən azından avro bir ölkənin deyil, mürəkkəb, qarşılıqlı münasibətlərə malik dövlətlər birliyinin valyutasıdır. Son bir neçə ayda dollara qarşı həddən artıq dəyişkənlik göstərsə də, avro manata qarşı son bir ildə ən azı 9% bahalaşaraq “1 avro = 1.13 manat” səviyyəsinə yüksəlib.
Bu cəlbediciliyinə baxmayaraq avro tam etibarlı valyuta hesab edilməməlidir. Avronun mümkün dəyişiklikləri dollardan daha kəskin olur. Buna görə də, 1000 avrodan artıq vəsaiti uzun müddət bu valyutada saxlayanlar böyük riskə girdiklərini bilməlidirlər...

BƏS QIZIL ?

Qiyməti son vaxtlar durmadan bahalaşan qızıla pul qoymaq istəyənlər bilməlidirlər ki, bu addım yalnız orta və uzun müddətli dövrdə mənfəətlidir. Bunun da iki səbəbi var:

Qızılın dünya bazarında qiyməti adətən hər güclü təkandan sonra bir müddət durğunluq və ya müvəqqəti eniş yaşayır.

Qızıl
Ehtimal olunur ki, 1 unsiya (31.1 qram) qızılın qiyməti hazırkı 1700-1800$ həddində hələ bir müddət qalsın və ya tədricən aşağı düşsün.
Ancaq investorun bir ildən çox gözləmək səbri və imkanı varsa bilməlidir ki, daşınmaz əmlakın olduğu kimi qızılın da qiyməti uzun müddət birmənalı olaraq artır. Burada ciddi itkidən söhbət gedə bilməz.

Sıravi vətəndaşlar adətən qızılı zinət əşyası formasında almağa maraqlı olurlar. Halbuki zinət əşyasının bir sənət dəyəri də olduğundan baha başa gəlir. Satmaq istədikdəsə Bakıda adətən həmin əşyaları sadəcə qızıl metal kimi doğrayıb bazar dəyərindən qat-qat ucuz alırlar.
Odur ki, işin içindən mənfəətli çıxmaq uçun bir necə il gözləmək tələb olunur. Bu baxımdan külçə qızıla sərmayə qoymaq daha səmərəlidir.

Dolayısı ilə “Dollar, avro, yoxsa qızıl?” sualı üzərində baş sındıran investora mənim qısa cavabım belə olardı: “Hər üçü və heç biri”...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Kənan Aslanlı

Azərbaycan-Turkiyə İş Adamları Birliyinin şöbə müdiri, Milli Büdcə qrupunun eksperti






18 Avqust, 2011  19:49 Baxılıb: 2621 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner