Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YUMURTA BAHALAŞDI

Bakıdakı ticarət obyektlərində yumurtanın qiymətini 2-4 qəpik qaldırıblar.

Belə ki, ötən həftə bir ədədi 8-10 qəpiyə satılan yumurta indi 10-12 qəpiyə satılır. Yumurtanın bahalaşdığını müşahidə apardığımız mağazaların satıcıları da təsdiqlədilər, ancaq bunun səbəbini izah edə bilmədilər.

Kənd Təsərrüfatı Nazirliyi məsələni onlara aid olmadığını deyərək İqtisadi İnkişaf Nazirliyinə müraciət edilməyini məsləhət gördü. İqtisadi İnkişaf Nazirliyinin müvafiq rəsmilərilə hələki əlaqə saxlaya bilməmişik. 

Amma heç şübhəsiz ki, ölkə daxilində istehsal olunan yumurtanı bu dəfə də “yumurtadan yun qırxanlar” süni şəkildə bahalaşdırıblar. Axı Azərbaycan özünü yumurta ilə tam təmin edə bilir və demək olar ki, bu məhsul idxal olunmur. 

Qeyd edək ki, yumurtanın bahalaşmasına bir dəfə ölkə Prezidenti səviyyəsində ciddi reaksiya verilib. Dövlət başçısı İlham Əliyev bu il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə yumurtanın başalaşmasına çox sərt şəkildə belə münasibət bildirmişdi: 


"Bu gün özlərini vicdansızcasına aparan sahibkarlar, süni şəkildə qiyməti artıran bir neçə yumurta istehsalçısı görəcək ki, dövlətin onlara qarşı cəza tədbiri nədən ibarət olacaqdır. Qoy o birilərə də dərs olsun. Kim burada qiymətin süni şəkildə artımı ilə məşğul olmaq istəyirsə, özü üçün nəticə çıxarsın və fikirləşsin ki, onu hansı aqibət gözləyir". 


Ölkə başçısınin həmin çıxışından sonra İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər və araşdırmalara başladı. Yalnız ondan sonra toyuq yumurtasının qiymətində 30%-dək ucuzlaşma baş verdi.


Respublika Baş Prokurorluğu isə sonradan bəyan etdi ki, yumurtanı bahalaşdırılması təsərrüfat subyektləri tərəfindən razılaşdırlmış hərəkətlərə (kartel sövdələşməsinə) yol verilməklə "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Resublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələbləri pozulub.


“Toyuq yumurtası istehsalçıları razılaşdırılmış hərəkətlər (kartel sazişləri) əsasında qiymətləri eyni vaxtda bahalaşdırmaq hesabına istehlakçıların mənafeyinə zərər vurmaqla qanunsuz olaraq külli miqdarda üstəlik mənfəət əldə ediblər” -deyə Baş Prokurorluğun məlumatında bildirildi. 


Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırma zamanı toplanmış materialda Cinayət Məcəlləsinin 199-cu (inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinin əlamətləri müəyyən edildiyindən faktla bağlı cinayət işi başlandı.

xezerxeber.com






18 Avqust, 2011  16:33 Baxılıb: 1269 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner