Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

PREZİDENT MƏKTƏBLƏRƏ BAŞ ÇƏKİB

Prezident orta ümumtəhsil məktəblərinin binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Bakının Səbayel rayonundakı 189 və Yasamal rayonundakı 150 saylı orta ümumtəhsil məktəblərinin binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidən qurma işləri 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Proqrama uyğun olaraq Bakı şəhərində 111 təhsil obyektinin əsaslı təmirinə başlanılıb. Əsaslı təmir və yenidən qurma işləri ilə yanaşı Dövlət Proqramına uyğun olaraq ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulur.

Prezident İlham Əliyev avqustun 16-da Paytaxtın Səbayel rayonundakı Eldar Məmmədov adına 189 saylı ümumtəhsil orta məktəbinə gəldi. Görülən yenidənqurma işləri ilə bağlı dövlət başçısına məlumat verildi. Bildirildi ki, 1200 şagird yerlik 189 saylı məktəbin binası 1934-cü ildə inşa edilib, dörd mərtəbədən ibarətdir. Məktəbin binası 1941-1945-ci illərdə 15/46 saylı təxliyə hospitalı kimi fəaliyyət göstərib. Məktəbdə dərslər iki növbədə keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı tədbirlər planına uyğun olaraq 189 saylı orta ümumtəhsil məktəbində əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Binanın bütün sinif otaqları yüksək standartlara uyğun olaraq təmir edilir, qapı və pəncərələr yeniləri ilə əvəz edilir, döşəmə və tavan ən müasir səviyyədə yenidən qurulur. Əsaslı təmir işlərindən sonra binanın yeni dərs ilində istifadəyə veriləcəyi nəzərdə tutulur.

189 saylı orta ümumtəhsil məktəbində görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Paytaxtın Yasamal rayonundakı Faiq Rzayev adına 150 saylı orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldu. Burada da görülən işlər barədə Prezidentə məlumat verildi. Bildirildi ki, 150 saylı orta məktəbin binası iki korpusdan və iki mərtəbədən ibarətdir. Korpuslardan biri 1897-ci ildə, o birisi isə 1937-ci ildə inşa edilib. Məktəbdə 650 şagird təhsil alır. Korpuslardan birində 8 sinif otağı tamamilə yarasız vəziyyətə düşdüyündən məktəbdə dərslər iki növbədə tədris olunurdu. Əsaslı bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi qeyd olundu. Bildirildi ki, yarasız vəziyyətdə olan 8 sinif otağı istifadəyə verildikdən sonra dərslər yenidən bir növbədə tədris olunacaq. Məktəbin korpuslarını birləşdirən keçid tamamilə yarasız vəziyyətdə olduğundan sökülərək yenidən inşa edilir. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.






17 Avqust, 2011  00:23 Baxılıb: 1022 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55