Suriyanın Latakiya şəhərində son 4 gün ərzində ölənlərin sayı 35-i keçib
Bütün beynəlxalq qurumların çağırışlarına baxmayaraq, Əsəd rejimi öz xalqına qarşı soyqırımına davam edir. İngiltərənin “Taymz” qəzetinin bugünkü xəbərinə görə, İspaniya hökuməti Bəşər Əsədə sığınma təklif edib. Lakin prezident Əsəd bu təklifi rədd edib.