İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin sərəncamı ilə polkovnik-leytenant Qadir Tələt oğlu Rzayev “Vətən uğrunda” medalı ilə təltif olunub. DSX-nın 9 hərbi qulluqçusu “İgidliyə görə” medalı, 32 əməkdaşı isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.