Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
“Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Simsar.az-ın xəbərinə görə, bunu Almaniya xarici işlər nazirliyinin insan hüquqları üzrə nümayəndəsi Markus Löninq deyib. Onun sözlərinə görə, rəsmi Berlin istənilən sülh prosesinə dəstək verir: “Əgər siz münaqişənin sülh yolu ilə həll edilməsini istəyirsinizsə, onda çox böyük siyasi sıçrayış etməlisiniz. Siz övladlarınızı öldürənlərin gözlərinə baxmalı və onlarla sülhə getməlisiniz. Bunun çox çətin məsələ olduğunu bilirik. Lakin sevdiklərinizi öldürən insanlarla sülhə nail olmaq onlarla müharibə etməkdən daha çətindir. Almaniya da öz qonşuları ilə bu mərhələdən keçib. Bunun necə çətin olduğunu bilir”.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gəlib sülh razılaşmasına nail olmalı olduqlarını vurğulayan Almaniya XİN nümayəndəsi öz növbəsində əldə olunacaq sülhə vətəndaş cəmiyyətinin razılaşmalı olduğunu bildirib.