Ombudsman xahiş edib
“Mən öz səlahiyyətim çərçivəsində parlamentdən bir amnistiya aktının qəbulu ilə bağlı xahiş etmişəm”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Ombudsman Aparatının rəhbəri Elmira Süleymanzadə deyib. O, bu il Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı amnistiya olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.
O bildirib ki, hazırda amnistiya aktı ilə bağlı etdiyi xahişin cavabını gözləyir: “Mənə elə gəlir ki, parlament payız sessiyasında bu məsələyə qayıdacaq”.