Fransız polisi cinayətkar şəxslərin avtomatik tanınması üçün elektron bank qurmaq niyyətindədir.
Belə ki, videonəzarət sistemi vasitəsilə cinayətkar və terroristlərin həqiqi şəkilləri ilə digital şəkilləri xüsusi proqramda müqayisə olunacaq. Üzün tanınması müxtəlif orqanların ( göz, burun, qulaqlar və s. ) müqayisəsi əsasında aparılacaq. Kompyüter yaddaşında olan şəkillərdən ən oxşarını seçib yeni əldə olunmuş şəkillə müqayisə edəcək. Şəkilin tam oxşar olub olmadığına, terrorist və cinayətkarın kimliyinə isə, əlbəttə ki, polis qərar verəcək.
Bu kompyüterlərin əsasən hava limanı, vağzal və insanların çox olduğu yerlərdə quraşdırılması nəzərdə tutulub.