Əslində deputat Ağalar Vəliyevin rəhbərlik etdiyi "Kristal Abşeron"dan neçə müddətdir ki, danışılır. Sadəcə olaraq, bu danışıqlar... müzakirələr... daha dəqiqi, deyinmələr son zamanlar daha da artıb. Təbii ki, reklam olunma baxımından da öndə olan "Kristal Abşeron"un başbilənlərinin başlıca hədəfi tikdikləri evləri satmaqdır və bu baxımdan xoş təəssürat marağındadırlar. Amma görünəni odur ki, tikdikləri binaların keyfiyyətinə yox, onları boşundan VƏSF EDƏN reklamlara pul xərcləməyi üstün tutan "Kristal Abşeron"un yetkililəri nəhayətdə yanlışlarını anlayana oxşamırlar...
Vaxt isə gedir və artıq əksəriyyət "Kristal Abşeron" brendinin təhlükəli olması qənaətindədir. Artıq hər yerdə... xüsusən də sosial şəbəkələrdə bu həqiqələr qırmızı-qırmızı bəyan olunur. Biz də bu qəbildən olan bəzi rəyləri təqdim edirik...
Beləliklə, jurnalistt Həbibə Abdulla yazır:
""Kristal Abşeron"un Sumqayıtda tikdiyi binalar çürüyür. Sakinlər video çəkib sübut ediblər. Təsəvvür edin, Allah eləməmiş, bir balaca güclü zəlzələ olsa o binalarda neçə nəfər ölər?!"
Qeyd edək ki, H.Abdullanın açdığı bu müzakirə yetərincə cəlbedici olub. Həmin rəylərin bəzilərini təqdim edirik...
Dia-az.info