İlham Əliyevin Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina etdiyi bildirilir.
Simsar.az xəbər verir ki, bu barədə yerli KİV-də məlumat yayılıb.
Qeyd olunur ki, buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantısında iştirakla bağlı fikir ayrılığıdır.
Bildirilir ki, belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.
Beştərəfli görüş sammit çərçivəsində baş tutmalı idi.