"Qlobal istehsalat şəbəkələrində logistika və maliyyə xidmətləri" adlı kitab təqdim olunub - FOTO - VİDEO
Dünən "Qlobal istehsalat şəbəkələrində logistika və maliyyə xidmətləri" adlı kitabın (dərs vəsaiti) təqdimat mərasimi olub. Qeyd edək ki, kitabın müəllifləri Kənan Məmmədov və Zivər Zeynalovadır. Kitabda qlobal istehsalat şəbəkələrində logistika və maliyyə xidmətlərinin nəzəri-metodoloji və praktik aspektlər, istehsalatın beynəlxalq parçalanmasında logistika xidmətlərinin institusional təşkilati formaları açıqlanıb. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədris_Metodiki Şurasının qərarı (10.062025-ci il, protokol №06) ilə qrif verilib və ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq edilib. Tədbirdə bir çox tanınmış professorlar, iş adamları və ziyalılar iştirak edib. Tədbir iştirakçılarından İ.E.D, professor Telman İmanov, professor Mübariz Bağırov və başqaları öz ürək sözlərini deyərək, müəllifləri təbrik edib və kitabın dərs vəsaiti kimi şox vacib olduğunu bildiriblər. Qeyd edək ki, kitabın müəlliflərindən olan K.Məmmədov gömrük və loistika sahəısində 20 ildən artıq təcrübəsi olan ekspertdir. O, Azərbaycan Dövlət İqtisad Universiteti və Rusiya Gömrük Akademiyasında təhsil alıb. Dövlət Gömrük Komitəsində bir sıra rəhbər vəzifələrdə çalışıb.