Qarabağdakı separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanın da Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldığı deyilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “AZfront” Telegram kanalı məlumat yayıb.
Hazırda onun Bakıya aparıldığı bildirilir. Qeyd edək ki, daha öncə yerli KİV-də erməni separatçılarının keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan, həmçinin Qarabağın millətçi “Daşnaksütyun” partiyasının lideri, “parlamentin keçmiş sədri” David İşxanyanın DTX tərəfindən saxlanılması və Bakıya gətirilməsi barədə məlumat yayılıb.