Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

İdman

“Toyota” Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarına özünəməxsus tərzdə hazırlaşır

“Toyota” şirkəti Olimpiya və Paralimpiya Oyunlarının qlobal partnyoru olaraq vətənində keçiriləcək Oyunlara özünəməxsus tərzdə hazırlaşır. Belə ki, Oyunların avtomobil parkında olacaq “Toyota” avtomobillərinin təxminən 90%-i elektrik enerjisi ilə işləyəcək. Bu avtomobil və qurğular həm Tokio Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin, həm də “Toyota”nın ‘tarixin təbiətə ən zərərsiz Oyunlar təşkil etmək məqsədinə çatmağı dəstəkləyəcək.

“Toyota” Tokio-2020 Olimpiya və Paralimpiya Oyunları zamanı öz avtomobilləri və mobil qurğuları ilə hərəkət anlayışını kökündən dəyişməyi planlaşdırır. “Toyota” geniş çeşidli hərəkət imkanı təmin etmək üçün həm bəzi avtomobillərinin xüsusi buraxılışını, həm də ilk dəfə Tokio-2020 oyunlarında istifadə olunacaq modellər istehsal edir.

Tokio-2020 Olimpiya və Paralimpiya oyunları zamanı  maksimum mobilliyi/hərəkətliliyi əldə etmək üçün “Toyota” şirkəti 3700-ə yaxın hərəkət imkanı yaradan (mobillik) qurğusu və avtomobil təchiz edəcək Oyunların avtomobil parkında olacaq qurğu və avtomobillər bunlardır:

Hibrid Elektrik Avtomobilləri (HEV), Mirai kimi Hidrogen yanacaqlı “Fuel Cell” Elektrik avtomobilləri (FCEV), “Prius PHV” (bəzi ölkələrdə Prius Prime kimi tanınan) kimi elektrik çıxışlı hibrid avtomobilləri (PHEV), “APM” (“Accessible People Mover” - Xüsusi hərəkət ehtiyacı olan insanların daşıyıcısı), təkrarolunmaz və çeşidli daşınma təmin edəcək “e-Palette” və “Toyota Concept”i modelləri.

Bu qurğu və avtomobillərin 2700 ədədi Olimpiya oyunları zamanı məkanlar arasında daşınmanı təmin edəcək rəsmi avtomobil parkının əsas hissəsini təşkil edəcək.

“Toyota” mümkün zədə və qəzaların qarşısını almaq məqsədilə işçiləri daşıyacaq bütün kommersiya avtomobillərini “Toyota Safety Sense” və “Lexus Safety System +” kimi təhlükəsizlik sistemləri ilə təchiz edəcək.

“Toyota” kütləvi daşıma üçün “Sora” adlı Fuel Cell avtobusu, xüsusi pandusla təmin olunmuş sərnişinləri öz yerlərinə qaldıran yardımçı avtomobillər də təchiz edəcək.

Tokio-2020 Oyunları üçün “Toyota”nın üç əsas məqsədi var:

 

1. Hamı üçün hərəkət imkanı və ya bütüninsanlara hərəkət azadlığı yaratmaq.

2. Davamlılıq, ekoloji təhlükəsiz mühit yaradılmasına fokuslanmaq.

3. “Toyota” İstehsalat Sistemindən (TPS) istifadə etməklə Oyunlar zamanı nəqliyyat dəstəyini təmin etmək.

Bu üç əsas məqsədlə “Toyota” adi avtomobil təchizatı anlayışını dəyişəcək.

Aşağıda “Toyota”nın təchiz edəcəyi əsas avtomobillərin xülasəsini görə bilərsiniz:

Tokio-2020 üçün özəlliklə hazırlanmış avtomobillər:

APM- xüsusi hərəkət ehtiyacı olanları tədbir məkanlarına aparmaq üçün təxminən 200 ədəd təchiz olunacaq.

Tokio-2020 üçün xüsusi avtomobil buraxılışı:

e-Palette (Tokio-2020 buraxılışı)

“Toyota”nın ilk BEV-i (Batareyalı Elektrik Nəqliyyat Vasitəsi) olan  e-Palette oyunlar zamanı Olimpiya və Paralimpiya kəndləri arasındakı uzun yollarda işçiləri və atletləri daşımaq üçün istehsal olunub.

“Toyota Concept”i (Tokio-2020 buraxılışı)

Səciyyəvi “high-tech one-motion silhouette” eksteryer dizaynı ilə  Concept-i Oyunlara həyəcan və diqqət gətirmək üçün dizayn edilib və Oyunlar zamanı onu sınaqdan keçirmək mümkün olacaq. Bu modeldə süni intellektdən istifadə olunub.

Tokio-2020 ərəfəsində Oyunların işçilərinin daşınması məqsədilə təxminən 500 ədəd Mirai modeli təmin olunacaq. Piyada ərazilərindəki BEV-lər təhlükəsizlik və tibb personalının Tokio-2020 Oyun məkanları arasında hərəkətini təmin etmək üçün istifadə olunacaq. “Toyota” eyni qurğuların oturacaqlı növünü və yerimə çətinliyi olanların mobilliyini təmin etmək üçün əlil arabasına qoşula bilən növünün istifadəsini də tədqiq edir.

“Toyota” “Tokio-2020 Robot Layihə”sində də iştirak edir. Tokio-2020 də “Toyota” tərəfindən təqdim olunacaq robotlar müxtəlif məkanlarda və yerlərdə insanların mobilliyini təmin etmək üçün istifadə olunacaq.

Tokio 2020-də Maskot Robot Miraitowa / Someity (Maskot Robot) Oyunlar tarixində texnologiya cəhətdən ən zəngin və innovativ Oyunlar keçirməyi məqsəd qoyan Tokio-2020 və “Toyota” birlikdə robot maskot da yaratmaq üzərində çalışır. Bu maskot robot qonaq və iştirakçıları rəsmi məkanlarda qarşılamaqla yanaşı, Oyunları Yaponiyadakı uşaqlar üçün də əyləncəli edəcək.

T-HR3 (Humanoid Robot)

“Toyota” T-HR3 və Mascot robotlar vasitəsilə uzaq məkanlarda olan və atletlərlə ünsiyyətdə fiziki iştirak edə bilməyən qonaqlar üçün təkrarolunmaz bir şərait yaradacaq. Xüsusilə də T-HR3 robotları uzaq məsafələrdə belə maskot robotun hərəkətlərini real zamana çox yaxın vaxtda təkrarlamaq iqtidarında olacaq.

T-TR1 (Uzaq ərazilərdə kommunikasiya Robotu)

T-TR1 Amerika Birləşmiş Ştatlarındakı “Toyota” Araşdırmalar İnsitutunda yaradılmış hərəkətlilik/mobillik/tele-varlıq təmin edən robotdur. Bu robot yuxarı hissəsində kamera və real ölçülərə yaxın displey ekranla təchiz olunub.

Uzaq məsafədəki insanın görüntüsünu göstərməklə onu  fiziki olaraq daha yaxın hiss etdirir. “Toyota” T-TR1 robotu fiziki məhdudiyyəti olan insanlar üçün Oyunlarda virtual iştirak etmək, iki məkan arasında ünsiyyət qurmaq şansı yaradır.

HSR: Yardımçı İnsan Robot / DSR: Yardımçı Çatdırma Robotu

Olimpiyada Stadionunun hərəkət məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş oturacaqlarının  bir hissəsində Yardımçı İnsan Robot HSR-lar qonaqları öz oturacaqlarına aparacaq, onlar üçün yüngül yeməklər, əşyalar və s. çatdıracaq ki, onlar yarışlardan daha sərbəst zövq ala bilsinlər.

Həmçinin, xüsusi olaraq Tokio-2020yə həsr olunmuş “Toyota”nın Yardımçı Çatdırma Robotu DSR quraşdırılmış tabletlər vasitəsilə sifariş olunan içki və digər məhsulları birbaşa tamaşaçılara çatdıracaq.

FSR: Sahədə Yardımçı Robot (Yüngül Atletika üçün Yardımçı Robot) Bu robotlardan istifadənin əsas məqsədi atılmış disk, çəkic və s. idman alətlərini geri qaytarmaq üçün sərf olunan vaxtı və tədbirlərdəki işçi qüvvəsinin sayını azaltmaqdır.

Sonda qeyd edək ki, Tokio-2020 Olimpiya və Paralimpiya Oyunları 22 iyul – 6 sentyabr tarixləri arasında keçiriləcək. Olimpiya Oyunları tarixində ilk dəfə olaraq, Oyunlar zamanı dünyanın müxtəlif ölkələrində Olimpiya festivalları təşkil olunacaq və Azərbaycan da festival keçiriləcək ölkələr sırasındadır.

Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə Tokio-2020 Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb və ilk dəfə baş tutan belə bir əməkdaşlıq Tokio-2020 Oyunlarının, həmçinin, bu Oyunlarda Azərbaycanı təmsil edəcək Olimpiya və Paralimpiya Komandalarının birgə təbliğ və təşviqinə xidmət edir.

 






12 Mart, 2020  16:32 Baxılıb: 6542 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16