Sahibkarığa Kömək Milli Fondu 2011-ci ildə əsas istiqamət hesab etdiyi layihələri müəyyənləşdirib.
Bu sözləri jurnalistlərə açıqlamasında Fondun icraçı direktoru Şirzad Abdullayev deyib. O, vurğulayıb ki, əsas hədəf ərzaq məhsuları ilə Azərbaycanın özünü təmin etməsidir.
2011-ci ildə quşçuluq sənayesinin maliyyələşdirilməsinin əsas istiqamət olacağını söyləyən Fond rəsmisi bildirib ki, müasir tələblərə cavab verən heyvandarlıq müəssisələrinin, tərəvəz məhsullarının saxlanması üçün anbarların tikilməsi, yeyinti sənayesində yüksək texnologiyaların tətbiqini nəzərdə tutan layihələr 2011-ci ilin əsas hədəfləridir. Ş.Abdullayev 2011-ci ilin ötən dövrü ərzində Sahibkarhğa Kömək Milli Fondunun vəsaitləri hesabına 154 sahibkara 15,5 milyon manat güzəştli kreditlər verildiyini diqqətə çatdırıb:
“Bu kreditlər hesabına müasir texnologiyaların tətbiqi ilə 15 yeni istehsal, emal və infrastruktur sahəsi, o cümlədən 5 çörək istehsalı zavodu, 4 soyuducu anbar, 1 müasir heyvandarlıq kompleksi, 1 qida yağlarının istehsah, 1 ət məhsullarının emalı, 1 istixana, 1 mebel fabriki və 1 kağız istehsalı fabriki yaradılacaqdır. Bundan başqa, bu il 139 sahibkara 1.7 milyon manat kiçik həcmli kreditlər də verilib. Biz kiçik sahibkarlığın birdəfəlik maliyyələşməsinə üstünlük versək də, iri sahibkarlığın maliyyələşdirilməsi hissə-hissə həyata keçirilir”.
Azərbaycanda kənt təsərrüfatının intensiv inkişafı məqsədilə iri müəssisələrin yaradılmasına daha çox ehtiyac olduğunu deyən Fondun icraçı direktoru bildirib ki, bu müəssisələr yüksək keyfiyyətli məhsulların istehsalına şərait yaradır. O, bu istiqamətdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən araşdırmaların aparıldığını və qısa zaman ərzində konkret işlərin görüləcəyini dilə gətirib. Fondun vəsaitlərinin istifadə qaydalarının dəyişdirilməsinə gəlincə, Ş.Abdullayev bildirib ki, vəsaitlərdən istifadə qaydaları prezident İlham Əliyev tərəfindən təsdiq olunub və bu qaydalar kifayət qədər mükəmməldir: “Bu qaydaları dəyişmək niyyətimiz yoxdur”.
Ş.Abdulayev həmçinin bildirib ki, sahibkarlığın inkişafı üçün həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün kifayət qədər maliyyə mənbələri var və əlavə vəsaitə ehtiyac olarsa Maliyyə Nazirliyinə müraciət ediləcək: “2011-ci ilin birinci rübü ərzində sahibkarlara minimum 30 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulub. Əgər sahibkarların kifayət qədər əsaslandırılmış layihələri olarsa, bunun üçün də kifayət qədər maliyyə mənbələrimiz var. Sahibkarın təqdim etdiyi əsaslandırılmış layihəsin maliyyələşdirə bilərik. Fond 2011-ci il üçün sahibkarlara minimum 125 milyon manat güzəştli kreditin verilməsini nəzərdə tutur. Bunun 27 faizi dövlət büdcəsindən, qalan 73 faizi isə Fondun öz büdcəsindən ayrılacaq.”
Fondun icraçı dirüktoru bildirib ki, orta hesabla hər ay 6-7 milyon manat kreditin qaytarılması təmin olunur. İlin əvvəlindən isə 10 milyon manata qədər kredit qaytarılıb. Bu sahədə hər hansı bir problem yoxdur. Bu isə Fondun səmərəli fəaliyyət göstərməsini təmin edir.”
Ş.Abdullayev bildirib ki, 2010-cu ilin ötən dövrü ərzində maliyyələşdirilmiş layihələrin icrası 900-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.