|
Baş Prokurorluq hərəkətə keçdi
Şəki icra başçısının müavini və baş memarı saxlanıldı
Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatı Araşdırmalarla müəyyən edilmişdir ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 2003-cü tarixli 07 ?-li sərəncamı ilə şəhər sakini Səlimova Elfanə Hikmət qızına ayrılmış 30 kvadratmetr ərazidə, sonuncunun atası Səlimov Hikmət Əhməd oğlu tərəfindən lazımi icazə alınmadan şəhərsalma və tikinti normaları pozulmaqla faktiki sahəsi 46,1 kvadratmetr olan mağaza və 49,6 kvadratmetr talvar inşa edilərək orada qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. Həmin ərazidə qanunsuz ticarətlə məşğul olması ilə əlaqədar Hikmət Səlimova 13 dekabr 2010-cu il tarixdə Şəki şəhər bələdiyyəsi tərəfindən rəsmi xəbərdarlıq edilmiş, Şəki şəhər-rayon Polis Şöbəsinin 13 yanvar 2011-ci il tarixli 28 saylı inzibati xəta haqqında protokoluna əsasən o, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 2 fevral 2011-ci il tarixli 1/18 ?-li sərəncamı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 235-ci, həmçinin Şəki rayon məhkəməsinin 25 yanvar 2011-ci il tarixli qərarı ilə həmin Məcəllənin 310-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsində təqsirli bilinərək 20 manat miqdarında cərimə edilmişdir. 3 fevral 2011-ci il tarixdə saat 10:00-da Şəki şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri - İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini Qəhrəmanov Eldəniz İlham oğlu, Şəki şəhər İcra Hakimiyyəti Başçısı aparatının Tikinti və memarlıq şöbəsinin müdiri - şəhərin baş memarı Abdurahmanov Yusif Kamal oğlu xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində lazımi icazə almadan, şəhərsalma, tikinti normaları və qaydalarının ciddi surətdə pozulması ilə tikilmiş binaların, qurğuların, yalnız müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmənin qəbul etdiyi qərar əsasında sökülməli olduğu halda, qeyd edilən tarixdə digər vəzifəli şəxslərlə birlikdə şəhərin Fuad Abdurahmanov küçəsində yerləşən Elfanə Səlimovaya ayrılmış ərazidə inşa edilmiş mağazaya gəlib, vəzifə səlahiyyətlərini aşaraq müvafiq məhkəmə qərarı olmadan həmin mağaza və onun qarşısında tikilmiş açıq talvarın sökülməsi üçün Şəki suvarma sistemləri idarəsinə məxsus, şəhər sakini Nəbiyev Qurbanəli Əsabəli oğlunun idarə etdiyi «Boreks 2102» markalı Az 55 T 579 dövlət qeydiyyat nişanlı traktor-ekskavatorla uçurulub-dağıdılması üçün qanunsuz göstərişlər verərək, həmin tikililərin bir hissəsinin uçurulmasına nail olmuş, bununla da fiziki şəxsin konstitusiya ilə nəzərdə tutulan hüquq və azadlıqlarını pozaraq, hakimiyyət orqanlarını nüfuzdan salmaqla, onların huquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşlar. Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsinin əlamətləri olduğundan barələrində 4 fevral 2011-ci il tarixdə həmin maddə ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmışdır. Cinayət işi üzrə Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanov 5 fevral 2011-ci il tarixdə Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir
7 Fevral, 2011 21:25 ⁄ Baxılıb: 1941 ⁄ Çap
Bu bölmədə
|
|
|